25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu

Azərbaycan II Liqasının 2026-cı ildə keçirilən ilk turu yubileylərlə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, 15-ci turda fərqlənən Vidadi Cəfərov bu turnirdə 50-ci, Valeh Seyidov isə 30-cu qolunu vurub.

Vidadi “Quba”nın “Göygöl”lə səfər oyununda (2:0) komandasının ikinci qoluna imza atıb. O, “50”yə iki mövsümə çatıb. Ötən çempionat “Şəmkir”dəki 31 qolla 2-ci Liqanın bombardiri olan hücumçu bu mövsüm “Quba”dakı 19 topla hamıdan öndə qərarlaşıb.

Cəfərov PFL-in bayrağı altında 3-cü dəfə keçirilən 2-ci Liqada 50 və daha çox qol vuran 4-cü futbolçudur. Cavid İmamverdiyev 65, Tural Qurbatov 57, Elvin Nəsibov 51 topla onu qabaqlayır.

Valeh “Kür-Araz”la səfər matçında (4:2) het-trik edib. O, 2023/24 mövsümündə 16, ötən çempionatda 6, cari turnirdə 8 dəfə fərqlənib. Hücumçu “Dinamo”da 29, “Şimal”da 1 dəfə rəqib qapılarına yol tapıb. Seyidov PFL bayrağı altında keçirilən 2-ci Liqada 30 və daha çox qola sevinən 8-ci oyunçudur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31