Ölkə futbolu
Yuri Vernidubdan qələbə şərhi
“Neftçi” azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Ötən həftə "Forza Neftçi"nin doğum günü idi. Həmin vaxtı xəstələnmişdim və orada iştirak edə bilmədim. Ona görə də fanatlardan üzr istəyirəm. Onlar daim bizə dəstək verir və biz də belə nəticələr əldə edirik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XX turunda “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, hücum xəttindən razılığını ifadə edib: “Sambu və Vensan Abubakara gəldikdə, hər ikisi yaxşı forvarddır. Fərqli planlarda oynayırlar. Məşqçi kimi mənə seçim etmək çətindir. Amma həm Sambunun, həm də Abubakarın oyunundan razıyam. Onların qol vurması mənə xoşdur. Amma gördüyüm odur ki, özlərini də çox dəyişiblər. Öz üzərilərində daha çox işləyib, daha çox komanda üçün oynayırlar. Belə davam etsələr, daha yaxşı oynayacaqlar”.
“Ağ-qaralar”ın baş məşqçisi jurnalistlərin suallarını da cavablandırıb.
- İki həftəlik fasilə sizi necə qayğılandırır və vəziyyətdən necə çıxmağı düşünürsünüz?
- Bu oyundan sonra istirahət olacaq. Qarşıdakı həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama görüşü keçirək. Olmasa, öz aramızda oynayacağıq. Bunu komandanı tonusda saxlamaq üçün edirik.
- Bu cür qələbədən sonra futbolçulara mükafat verilir? Nə qədər olur?
- Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün işlədik və üç xalı qazandıq. Onlarla çox ünsiyyətdə oluram. Münasibətləri də çox yaxşıdır. Daha çox işləyəcəyik və hər şey daha da yaxşı olacaq.
- Komandanın optimal heyəti yoxdur, bütün futbolçuların xidmətindən istifadə edirsiniz. Optimal heyəti formalaşdırmamısız, yoxsa bu, “Neftçi”nin oyun prinsipindən irəli gəlir?
- Qapıçıları nəzərə almasaq, komandamızda 23 futbolçu var. Onların hər biri məşqlərdə çox yaxşı təsir göstərir. Təbii ki, hamısı eyni anda meydana çıxa bilməz. Onlar oynamağa layiqdilər. Buna görə şərait yaradıram ki, oyunlarda oynasınlar. Əgər oyunçular ancaq məşq edir, oynamırlarsa, fərqli nəticələr ortaya çıxır. “Qarabağ”ın oyunlarında gördüz ki, bəzi hallarda dəyişikliklərə getdilər və hansı nəticələr oldu. Bir futbolçu uzun müddət meydana çıxmırsa, oyun ritmini itirir. Ona görə də hər zaman heyəti qarışdırırıq ki, hamı bir-birini əvəz edə bilsin. Bizim komandada ulduz yoxdur, bizdə ailə və komanda var. Komandada ulduz olanda onları idarə etmək də çətindir. Bizim yanaşma fəlsəfəmiz budur.
- “Qarabağ”la oyununun təxirə salınmasına münasibətiniz necədir? Matçın təxirə salınması “Neftçi”yə necə təsir edə bilər?
- Bu mövzunu bağlamaq vaxtıdır. Rəhbərliklə görüşdük və belə çətin dönəmdə “Qarabağ”a dəstək olmaq qərarı verdik. Hansı ki, onlar Azərbaycanı böyük futbol arenasında təmsil edir. Belə qərar verdik, bizim qərardır. Bizim üçün o qədər də yaxşı olmaya bilər, ritmdən düşə bilərik. Amma ümidvaram ki, hər şey yaxşı olacaq. “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir.
- Altıncı oyundur ki, uduzmursunuz. Azarkeşlərə yaxın gələcəklə bağlı nə deyə bilərsiz?
- Azarkeşsiz futbol olmur. Yaxşı münasibətlərimiz davam edir. Onlardan istəyərdim ki, daim yanımızda olsunlar. Həm belə xoş günlərimizdə, həm də o qədər də xoş olmayan durumumuzda da. Bu, həm “Neftçi”yə, həm də azarkeşlərimizə lazımdır. Mən bizim azarkeşlərilə fəxr edirəm və çox sevinirəm ki, “Neftçi”nin böyük azarkeş ordusu var.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
16:00
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
15:42
Portuqaliya millisi son 12 ildə belə uduzmamışdı
-
15:26
Ukrayna millisinin baş məşqçisi Kaşukun debütunu dəyərləndirdi
-
15:05
İnfantino yenidən FİFA prezident seçilir: 180-dən çox federasiya ona səs verəcək
-
14:33
Kurçinin yeni klubu müəyyənləşdi
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
15.11.2026
14.11.2026
13.11.2026
























