16 Sentyabr 2026, Çərşənbə
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Ölkə futbolu

“Qarabağ”dan xəbərdarlıq: Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəyi matçdan əvvəl azarkeşlərə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Klub matçı izləmək üçün azarkeşləri stadiona erkən gəlməyə çağırıb.

Bildirilib ki, bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30