27 Sentyabr 2026, Bazar günü
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

AFFA 4 klubu cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan 2-ci liqasının 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Quba” - “Ağstafa Gəncləri” oyununun 21-ci dəqiqəsində “Quba”nın 5 nömrəli futbolçusu Ramin Məhərrəmov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Onun klubu isə 100 manat cərimələnib.

Həmin oyunun 61-ci dəqiqəsində “Quba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bölgə təmsilçisi 300 manat cərimə edilib.

Bu görüşdə "Ağstafa Gəncləri”ndə 6 nəfər sarı vərəqə aldığı üçünklub 70 manat cərimələnib.

“Göygöl” - “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili gec gəldiyinə görə matç gec başladığı üçün “Göygöl” 200 manat cərimə edilib.

“Kür-Araz” - “Xankəndi” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” 150 manat cərimələnib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30