Ölkə futbolu
Bu təkəbbürlə hara gedirsiniz? (YAZI)
Doğrudan da Azərbaycanda futbol adamlarının mütləq əksəriyyəti həmişə təkəbbürlü olub: ta hələ uzaq 1966-cı ildən başlamış düz bugünkü dövrümüzə qədər. “Neftçi” nə vaxtsa tarixində SSRİ çempionatında vur-tut bir mükafat - bürünc medal qazanıb, üstündən düz 48 il ötüb, amma bu 48 ildə hətta sovet futbolunun özü üçün böyük sayılmayan bu nailiyyətlə hələ də yatıb duran, xəyal quran, “mən bu olmuşam, bəs sən kim olmusan” düşüncəsiylə yaşayan futbolçular var.
Elə həmin “Neftçi”nin varisləri iki il öncə Avropa Liqasının qrup mərhələsinə düşüb, komandanın əksər üzvləri isə bugünə qədər o uğurun eyforiyasından çıxa bilməyiblər. “Qarabağ”a uduzurlar “Biz Avroliqanın qrupunda oynamışıq deyirlər”, AZAL-a məğlub olurlar, yenə eyni sözlər. Yox, “Neftçi”nin bu tarixi göstəricisinə qətiyyən kölgə salmaq fikrində deyiləm. İstənilən insanla da mübahisəyə hazıram. Avropa Liqasının qrup mərhələsinə düşməklə “ağ-qaralar” Azərbaycan futbolunun 103 illik tarixinin ən böyük uğuruna imza atıb və bu uğurda zəhməti, əziyyəti olan hər kəs həmişə minnətdarlıqla xatırlanmalıdır.
Amma və lakin... Bunu az qala hər açıqlama və müsahibədə dönə-dənə qabartmaq, yumşaq desəm, qeyri-təvazökarlığın, ən azı həmkarlarına yuxarıdan aşağı baxmağın göstəricisidir. Bunlar hələ qrupa düşüb belə edirlər, gör, məsələn, büdcəsi “Neftçi”dən dəfələrlə az olan Belarus BATE-si kimi üç dəfə Çempionlar Liqasının qrupunda oynasaydılar, Moldova “Şerif”i kimi Avropa Liqasının qrup səddini də aşıb 1/16 finala çıxsaydılar, nələr olardı, nələr...
Yeri gəlmişkən, sözüm təkcə “Neftçi”yə aid deyil. Həm də Avropada oynamış bütün klublara, milli komandanın doqquz xal toplamasına “böyük uğura imza atdıq” kimi absurd qiymət verənlərədir. Dəfələrlə deyilib, bir dəfə də mən qeyd edim: bizim futbol adamlarının nəhayət, yuxudan ayılmaq, öz-gözlərinə su vurub, güzgüyə, daha doğrusu, televiziyaya diqqətlə baxıb Avropa futbolunda yaşananlarla yaxından maraqlanmalarının vaxtıdır ki, başa düşsünlər...
Futbolumuzdakı bu boyda iqtisadi güclə biz Avropa futbolunda heç nəyə nail olmamışıq, heç nəyə. Hə, “Neftçi”nin Avroliqanın qrupuna düşməsi Azərbaycan üçün bir ilkdir, həqiqətən uğurdur, amma bəşər futbol tarixi üçün sıradan hadisədir. Eynilə mənə “Neftçi”dən də yaxın, doğma olan “Qarabağ”ın düz üç dəfə Avroliqanın “pley-off” mərhələsinə gəlməsi də.
Fürsət düşmüşkən, AFFA rəhbərliyinə də qısa bir müraciətim var. Rövnəq Abdullayevin başı qarışıqdır, anlayıram, amma hörmətli Elxan müəllim, qiymətli vaxtınızdan 2-3 dəqiqə ayırıb Foqtsa bildiyi dildə anladın ki, heç olmasa sizi və sizdən vəzifəcə daha yüksəkdə dayanan cənabları ələ salmasın. Yekəxanalıq və dikbaşlıq edib altı ilə yaxındır qara camaatı - azarkeşləri saymır bunu başa düşdük, bəs, sizlərlə – möhtərəm zati-həzrətləri ilə alıb-verməyəcəyi nədir ki, “mən Azərbaycan millisinin “Avro-2016”nın final mərhələsinə çıxacağına söz verməmişəm” - deyir. Deyib axı. Foqts da deyib, hələ üstəlik Rövnəq Abdullayev də.
İndi cavab verin görək, Foqts niyə burdan-bura sizlərə kələk gəlir, verdiyi vəddən qaçır?
Düzdü, onsuz da Azərbaycan milli komandası (iki-üç futbolçunu çıxmaqla) o bacarığın və qabiliyyətin yiyəsi deyil ki, “Avro-2016”ya gedə. Gərək ki, AFFA prezidentindən fərqli olaraq, siz bu haqda bir dəfə də vəd verməmisiz. Ağıllı və uzaqgörən adamsız. Həqiqi sözümdür. Amma o qoca kişiyə başı salın, heç olmasa, bu ağsaqqal yaşında bir az ciddi olsun.
Ciddi və səmimi olmayanda adam gözdən düşür. “Neftçi”nin o lider futbolçuları kimi... Nazim Süleymanov bir həftə deyil istefaya gedib, əleyhinə danışmaq üçün, az qala növbəyə düzülüblər. “Onun taktikası bir işə yaramırdı”, “Nazim Süleymanov sərt deyildi” və sair və ilaxır. Başa düşdük, hansısa futbolçu Nazim Süleymanovu qəbul etməyib, amma sözü ya zamanında (o baş məşqçi işləyərkən) demək, ya da ən azı birgə çalışdığınız o 2-3 ayın, bu müddətdə kəsdiyiniz duz-çörəyin xatirinə susmaq lazımdır.
Növbəti yazıda görüşənədək.
Aydın BAĞIROV, Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























