Ölkə futbolu
Mbila Etame: “Fasilədən sonrakı bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq”
“Xəzər Lənkəran”ın kamerunlu hücumçusu Mbila Etamenin müsahibəsi.
- 10 gündən artıqdır ki, mövsümün ikinci yarısının hazırlığını davam etdirirsiniz. Təlim-məşq toplanışı necə gedir?
- Çempionatın qalan hissəsinə yaxşı hazırlaşmalıyıq. Çünki bizi ağır oyunlar gözləyir. Yeni baş məşqçinin rəhbərliyi altında yaranmış fasilədən maksimum istifadə etməliyik. Məsuliyyəti dərk edirik. Heyətdə zədəli futbolçu yoxdur. Komanda yoldaşlarım həvəslə hazırlaşırlar.
- Adətən hazırlıq başladıqdan sonra 10-12 gün fiziki çalışmalara üstünlük verilir. Bu mərhələni keçdiyinizə görə, özünüzü fiziki baxımdan hazır hiss edirsinizmi?
- Təbii ki, fiziki hazırlığı 1-2 günün içərisində istənilən səviyyəyə qaldırmaq mümkün deyil. Özünü hər gün bir az daha yaxşı hiss edirsən. Tədricən artırdığımı düşünürəm. Bir həftədən sonra daha yaxşı formada olacağam.
- Komandanız ilk yoldaşlıq oyununu keçirdi. “Çaykur Rizespor”la baş tutan matçla bağlı nə deyə bilərsiz?
- Maraqlı qarşılaşma alındı. Hər iki komanda sona qədər mübarizə apardı. Rəqib də yaxşı komandadır. Düzdür, yoldaşlıq oyunlarında nəticə önəmli olmur. Lakin matçı izləyənlər təsdiq edə bilər ki, heç bir komanda məğlub olmaq istəmirdi.
- Birinci hissədə əvəzlənməyiniz nə ilə bağlı idi?
- İkili mübarizə zamanı zədələndim. Buna görə də baş məşqçi digər komanda yoldaşımla əvəzlədi. Çünki o, risk etmək istəmədi. Ancaq komandamızın oyun sistemi dəyişməyib.
- Mustafa Dənizli komandada nə kimi dəyişikliklər etmək istəyir?
- Əvvəl komandada motivasiya yox idi. Ancaq baş məşqçi dəyişikliyindən sonra bir sıra göstəricilər də dəyişdi. Fiziki baxımdan çalışmalar artdı. Artıq heyətə düşmək üçün çox çalışmalı olduq. Ən əsası isə nizam-intizam gücləndirildi. Türkiyə mütəxəssis buna xüsusi diqqət yetirir.
- Hücum xəttində Nildo ilə siz daha çox oynayırsız. Məhsuldarlıq elə də yüksək deyil. Az qol vurmağınız nədən qaynaqlanır?
- Bir məsələni qeyd edim ki, tez-tez oyun sistemimiz dəyişirdi. Bəzən iki hücumçu ilə, bir başqa matçda isə tək forvardla mübarizə aparırıq. Baş məşqçi mənə yarımmüdafiənin cinahında da yer verir. Nildonun da yaxşı hücumçu olduğunu qeyd edim. Əsas heyətdə kimin meydana çıxması bizim üçün problem deyil. Hər kəs öz şansını gözləyir. Vacib olan odur ki, mehriban kollektivimiz var.
- Hansı mövqedə oynamağı xoşlayırsız?
- Tək forvard kimi oynamağı istərdim.
- 2014-cü ilə çətin oyunla start verəcəksiniz. “Qarabağ”la dueldə lideri devirə biləcəksinizmi?
- Həmin oyuna qədər yaxşı hazırlıq keçməliyik. Təbii ki, fasilədən sonrakı bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Çünki turnir cədvəlindəki mövqeyimiz bizi buna vadar edir.
- “Xəzər Lənkəran”ın gücünü daha çox ölkə kubokunu qazanmağa yönəldəcəyini düşünmək olarmı?
- Çempionluq əldən çıxmayıb. Mövsümün tən yarısı durur. Hər oyundakı qələbəyə görə 3 xal verilir. 3-4 qələbədən sonra baxırsan ki, 2-ci və ya 3-cü pilləyə qədər yüksəlmisən. Həm də bütün komandalarla daha iki dəfə qarşılaşacağıq. Şansımız var. Düzdür, kuboku qazanmaq daha asandır. Çünki oyunların sayı az olur. Biz də ölkə kubokunu qazanmağı çox istəyirik. İnşallah, hazırlıq mərhələsini zədəsiz başa vurarıq. Avropa Liqasında çıxış etməyi çox arzulayıram.
apasport.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























