28 Avqust 2026, Cümə
"Qarabağ" "Tvente"yə məğlub oldu
“Qarabağ”dan ardıcıl iki transfer
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
"Neftçi" Kurçi ilə yollarını ayırdı

Ölkə futbolu

Subotiç: “Belə futbolçularla istənilən nəticəni qazanmaq olar”

"Məşq prosesimiz maraqlı və zövqlü keçir. Mövsümün ikinci hissəsinə səylə hazırlaşırıq. Komandamıza yeni futbolçular da qatılıb. İnanıram ki, onlar da heyətimizə tam adoptasiya olaraq hədəflərimizə çatmaqda yardımlarını əsirgəməyəcəklər. Qarşıda hələ 5 sınaq oyunumuz var. Bu matçlar hazırlığımızın istidiyimiz səviyyəyə çatmasında önəmli rol oynayacaq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin hücümçusu Daniel Subotiç Antalya düşərgəsi və komandanın hazırlıqları barədə fikirlərini açıqlayarkən deyib.

O, mövsümün ilk yarısında "qırmızı-qaralar"ın yaxşı çıxış etdiyini və ikinci hissənin uğurlu keçəcəyinə inandığını bildirib. Subotiç heyətdəki futbolçuların yüksək nəticlər qazanmağa qadir olduqlarını vurğulayıb: "İstər oyun, istərsə də nəticə baxımından, mövsümün ilk yarısını müsbət qiymətləndiririəm. Bizim üçün mövsümü ən azından liderlər üçlüyündə tamamlamaq vacibdir. Üç yerdən hansında olacağımızı isə vaxt göstərəcək. Fərdi baxımdan futbolçularımız Azərbaycanda ən yaxşılardandır. Belə futbolçularla istənilən nəticəni qazanmaq olar. Komanda oyunumuzu nizamlamaqla stabil-yaxşı çıxışımızı təmin edə bilərik".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31