13 May 2026, Çərşənbə
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

Mövsümün ilk het-triki

Azərbaycan Premyer Liqasının 5-ci turu mövsümün ilk het-triki ilə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Toral Bayramov “Araz-Naxçıvan”la səfər oyununda üç qola imza atıb.

Bu, Toralın Premyer Liqada ilk het-trikidir. O, 1992-ci ildən keçirilən turnirin tarixində bir oyunda 3 qol vuran 108-ci futbolçu olub. Əvvəlki 33 mövsümdə 107 oyunçu 3 qollu matç keçirib.

Onun ikinci qolu Premyer Liqada 20-ci topu olub. Ölkə çempionatında 129-cu matçını keçirən Toral ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb.

İki dəfə penaltidən fərqlənən yarımmüdafiəçi Premyer Liqada 11 metrlik nöqtədən vurduğu zərbələrin ümumi sayını 10-a çatdırıb. O, bu imkanlardan 9-da dəqiq olub.

Qeyd edək ki, “Qarabağ” “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəlib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31