Ölkə futbolu
Samir Abasov: “Bizi ayaqda saxlayan, bu cür oynamağa təkan verən rəhbərliyimizdir”
“Neftçi” Azərbaycan Premyer Liqasının V turunda səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.
Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:
"Futbolçularıma yaxşı oyuna görə həddindən artıq təşəkkür edirəm. Bundan əvvəl “Sabah”, “Turan Tovuz”a qarşı da yaxşı oynamışdıq. Onun üstünə qoyaraq, meydanda udmaq istəyən komanda gördük. Bu da səbəbsiz deyil. Özünüz bilirsiniz ki, “Neftçi” hansı kalibrda komandadır. Böyük komandadır. Heç-heçə belə, bu komanda üçün uğursuz sayılır. Nə qədər izah etsən də ki, yeni komandayıq, reallıq budur. Məndən əvvəl də belə olub, mənim dövrümdə də belə olacaq, bundan sonra da, qaçılmazdır. Reallıq komandanın göstərdiyi oyundur. Birinci gündən nəticələr gözləntiləri vermirdi... Çempionlar Liqasında “Qalatasaray” 1:5 “Ayntraxt”a uduzdu. Maraqlı gəldi ki, baş məşqçi nələr deyəcək? Okan Buruk nəyin üzərində dayandı? Baş məşqçi mətbuat konfransında nələrsə danışırsa, dərhal reaksiya vermək, yazmaq normaldır. Amma siz bizim yanımızda deyilsiniz, prosesləri bilməyə bilərsiniz. Hərdən çox şeyi demirik. Okan Buruk vurğuladığı məsələlərdən biri o idi ki, oyuna 4 futbolçu ilə çıxmışdıq. İlkay Gündoğan top səviyyədə oyunçudur. Biz də yeni komandayıq. Bilirik ki, kimlərsə nəsə deyəcək. Xal itirirsən, təzyiq gəlir. Səni istəməyənlər, “Neftçi”ni istəməyənlər... Hamıdan təzyiq gəlir. Futbolçular da bunu görür. Amma onları bu durumdan çıxarmaq, qələbəyə kökləmək tək mənim işim deyil. Bunun arxasında duran rəhbərliyimizdir. Onlar mənim arxamdadır, bu vaxta qədər görmədiyim bir şeydir. Qalibiyyət üçün nə lazımdırsa... Hətta artığını edirlər. Bizi ayaqda saxlayan, bu cür oynamağa təkan verən rəhbərliyimizdir. Şəxsən mən və komandamın adından rəhbərliyə həsr edirəm. Var olsunlar. Yeni qələbələr üçün təkan olar".
- Əvəzetmələr həlledici oldu. Öncədən planlaşdırılmış əvəzetmələr idi, yoxsa gedişatda verilən qərarlar oldu?
- Hansısa məşqçi deyirsə ki, bu futbolçunu öncədən düşünərək meydana buraxdım, yalandır. Hardan bilək ki, o qol vuracaq? Sadəcə görürsən kimsə oyundan düşür, meydana buraxırsan. Onun qol vuracağını bilmirdim.
- Ağadadaş Salyanskini növbəti matçlarda da şans ala bilər?
- Hamısı şans alacaq. Uzun müddət oynamayanlar da oynayacaq.
- Bəzən deyirlər ki, belə komandalara bir qalibiyyət çox kömək edir. Növbəti oyunlarda bu qələbənin nə dərəcədə əhəmiyyəti olacaq?
- Dəhşətli dərəcədə əhəmiyyətlidir. Bu gün biz o qədər xoşbəxtik ki, sanki çiynimizdən yük atmış olduq. Buna çox ehtiyacımız var idi. Qol vurmurduq, alınmırdı, son nöqtədə paslar alınmırdı. Penalti epizoduna da qayıtmaq lazımdır. Orada penalti gördük. Heç-heçə də ola bilərdi. Dəfələrlə dediyim bir şey var. Biz rəqibə epizod vermirik. Neçə oyundur ki, belədir. Keçənilki vəziyyəti müqayisə edirsən, hər epizodda qapına qol vurulurdu... Futbolçular bunu düzəldə biliblər. Yeni oyunçularla, daha kollektiv şəkildə oynayırıq, ürəklərini meydanda qoyurlar. Bu da nəticəsidir. Bunların sonunda hamısını nəticəyə çevirsək, həqiqətən yaxşı komandayıq.
- Okan Buruk 1:5 uduzduqdan sonra söz verdi ki, ən azından pley-offa düşəcəyik. Siz bu qələbədən sonra azarkeşlərə nə söz verirsiniz?
- Bu dəqiqə heç nə söz verməyəcəm. Biz hər oyuna qələbə üçün çıxacağıq. Sözüm bu olacaq.
- İkinci qoldan sonra emosiyanızı gördüm. Sanki 4 turdan sonra qalan emosiyanın partlayışı idi. Sessi Almeydanın penalti epizodu haqda fikriniz necədir? Xal itirmiş olsaydınız, o epizodlar bağlı nə deyəcəkdiniz?
- Bunu qəsdən etdi deyə, çevirmək olmur. Bir komandanın üzərində həddindən çox bu cür, əleyhinə olan epizodlar varsa, adamın özündə də şübhə yaranır. Mən də fikirləşirəm ki, penaltidir. Əminəm ki, nəticədə çoxunun rəyi o olacaq ki, penalti deyil. Bu, “Neftçi”dir, ona görə belə olacaq. Hər oyunda bəlkə də oyunun nəticəsinə təsir edən epizodlar var. Hamısından şikayət edə bilərik. Bəlkə də, udmuşuq deyə, sakitik. Bir az diqqətli olmaq lazımdır. Oyun pis axara gəlib çıxırdı. Epizodları vura bilmirdik. Bəlkə də penaltiyə ehtiyacımız olardı ki, vuraq və udaq. Bunu da əlimizdən alırsa, əlbəttə ki, səs-küy qaldırmalıyıq. Komandamızın adından xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























