13 May 2026, Çərşənbə
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

“Braqa”dan “Qarabağ”a mesaj: “Sizin üçün darıxmışıq”

Portuqaliyanın “Braqa” klubu rəsmi Tik-Tok səhifəsində “Qarabağ”la bağlı paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, paylaşım UEFA Çempionlar Liqasının “Benfika” - “Qarabağ” oyununa (2:3) həsr olunub.

“Benfika”lı futbolçunun matç bitəndə məyus halda çəkilən şəklini yayımlayan braqalılar onun üzərinə bu sözləri yazıb: “Qarabağ” Portuqaliyaya gələndə, amma Braqaya deyil”.

Həmçinin paylaşımda bu sözlər qeyd edilib: “Biz sizin üçün darıxmışıq”.

Xatırladaq ki, “Qarabağ” 2024-cü ildə Avroliqanın pley-off mərhələsində “Braqa” ilə qarşılaşıb. Səfərdəki oyunda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib, Bakıda isə uduzub (2:3). İki oyunun cəmində 6:5 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası növbəti mərhələyə yüksəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31