Ölkə futbolu
Akif İsmayılov: “Millimiz ev oyunlarını 10-12 minlik stadionda keçirməli deyil”
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov futbol üzrə Azərbaycan milli komandasının son ev oyunlarını mərkəzi arenada keçirməməsinə münasibət bildirib. İsmayılov Lent.az-a açıqlamasında yığmamızın əsaslı təmirdən sonra yenidən qurulan arenanın xidmətindən yararlanmamasının konkret səbəbini bilmədiyini söyləyib.
Onun fikrincə, AFFA rəhbərliyinin öz balansındakı 12 min tamaşaçı tutumuna malik “Bakcell Arena”ya üstünlük verməsi qurumun Respublika stadionuna icarə haqqı ödəməmək istəyi ilə bağlı ola bilər. Mərkəzi arenanın direktoru hesab edir ki, yığmamız rəqiblərini iri tutumlu stadionlarda qəbul etməlidir: “Federasiya rəsmiləri 30-32 min nəfərlik mərkəzi arenanı doldura bilmədiklərini səbəb göstərirlər. Amma mən hesab edirəm ki, milli komanda ev oyunlarını 10-12 min nəfərlik stadionda keçirməli deyil. Yığmamız rəqiblərini böyük stadionlarda qəbul etməlidir. Biletlərin qiymətləri isə bir qədər aşağı salınmalıdır ki, stadiona azarkeşlər gəlsinlər. 30 min azarkeşi stadiona cəlb etmək istəyirsənsə, əlbəttə, biletin qiymətini 8, 10, 20 və ya 50 manat müəyyənləşdirməli deyilsən. Bu gün sənə azarkeş dəstəyi lazımdır. Azarkeş dəstəyi lazım olduqda, insan hər şeyə gedir. 10 minlik stadiona 8 min adam yığa bilirsən. Çünki biletin qiymətini qaldırırsan. O bileti hər adam ala bilmir. Bəlkə də əsl azarkeş o stadiona düşə bilmir. O qədər qocaman azarkeşimiz var ki... Oyun olanda mənim yanıma gəlirlər. Gücləri yoxdur bilet almağa. Veteran futbolçularımız var ki, bilet istəyirlər. Onlar da azarkeşlik etmək istəyirlər. Milli komanda il ərzində 3-5 ev oyunu keçirir. Hamının yığmanın oyununu izləməsi üçün qiymət ucuz olmalı, insanlara şərait yaradılmalıdır. Məncə, Tofiq Bəhramov adına Respublika stadionu futbol oyunu keçirmək üçün əsl arenadır. Bunu burada işlədiyim üçün demirəm. Mərkəzi arenada azarkeş dəstəyi ilə “Bakcell Arena”dakı dəstək arasında böyük fərq var. Təkcə mən yox, Azərbaycan əhalisinin 70-80 faizi deyir”.
Gələn il daha böyük - 65 min nəfərlik Bakı Olimpiya stadionu istifadəyə veriləcək. İsmayılovun sözlərinə görə, AFFA rəhbərliyi Respublika stadionunu doldura bilmirsə, ən azı 2 dəfə böyük olan arenanı azarkeşlərlə necə təmin edəcəyi sual doğurur: “Bu gün gedib “Bakcell Arena”da oynayırlar ki, azarkeş yığa bilmirik. Bəs 60 min nəfərlik stadionu necə dolduracaqlar? Mən yığmamızın ev oyunlarını “Bakcell Arena”da keçirməsinə dair qərarla razı deyiləm. Hesab edirəm ki, azarkeşi stadiona cəlb etməyi bacarmaq lazımdır. Biz “Stadiona azarkeş gəlmir” sözünü gərək işlətməyək. Necə olurdu ki, “Qarabağ” Avropa Liqasının təsnifat mərhələsindəki ev oyunlarında stadionumuzu tam doldururdu? Mənə elə gəlir ki, azarkeşlərlə yaxınlıq etmək, onlara şərait yaratmaq lazımdır ki, stadiona gəlsinlər. Niyə əvvəllər millinin oyunlarına gəlirdilər? Çünki futbola maraq çox idi. İndi isə o orda danışır, bu burda. Belə olmaz. Mən başa düşürəm ki, VİP-lojalara gələnlərdən qazanc əldə etmək lazımdır. Amma kənar sektorlara biletlərin hamısı ucuz olmalıdır. Uzağı 2 manata. Niyə də olmasın? Amma belə sualları çox vaxt bizə verirlər. Onlara izah edə bilmirəm ki, biletin qiymətini mən təyin etmirəm. Biletə 20-50 manat pul verən qışqırmır, azarkeşlik etmir, oturub tum çırtlayır”.
Stadion direktoru onu da bildirib ki, belə açıqlamalar verməklə, AFFA rəhbərliyini tənqid etmək fikrində deyil, sadəcə yol göstərir: “Burada tənqidi bir şey yoxdur. Bütün sözlərim yaxşılığa doğru yönəlib. Mən məsləhət verirəm. AFFA-nın rəhbərliyi və əməkdaşları ilə çox yaxşı münasibətdəyəm. Baş katib Elxan Məmmədov da gözəl bilir ki, sözümü deyən adamam. Özünə də biletlərin qiymətinin baha olduğunu demişəm. Düzdür, onlar da milli komandanın oyunları ilə əlaqədar müəyyən xərc çəkirlər. Həmin xərcləri qarşılamağın lazım olduğunu başa düşürəm. Amma Azərbaycan – Rusiya oyununa azarkeşin az gələcəyini səbəb göstərərək, matçı “Bakcell Arena”ya salırlar. Əgər belədirsə, niyə 2009-cu il oktyabrın 14-də bu iki komanda arasında Respublika stadionunda baş tutmuş oyunda tribunalar tam dolmuşdu? Ötən ilki oyun da bizim stadionda keçirilsəydi, ən azı 30 min tamaşaçı gələcəkdi”.
Qeyd edək ki, Azərbaycan millisi sonuncu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda ev oyununu 2013-cü il martın 26-da Portuqaliyaya qarşı keçirib. 2014-cü il dünya çempionatının seçmə qrup oyunu qonaqların qələbəsi ilə yekunlaşıb – 0:2. Bundan sonra millimiz iyunun 7-də Lüksemburq (1:1), Şimali İrlandiya (2:0) və Rusiyanı (1:1) “Bakcell Arena”da qəbul edib. Seçmə oyunlardan əlavə, Malta ilə yoldaşlıq görüşü (3:0) də bu arenada baş tutub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























