Ölkə futbolu
"Onlardan yüz faiz razı deyilik"
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Karvan"a 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Futbolxeber.az saytının məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: “Bizim üçün önəmli oyun idi. Bu gün azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirdik. İlk qələbəmizi qazandıq. Hər xal önəmlidir. İşimizin öhdəsindən gəldik. "Karvan"ın əvvəlki oyunlarına baxmışıq. Çox yaxşı mübarizə aparıblar. İlk qolu vurandan sonra oyun bizim nəzarətimizdə oldu. Bundan da yaxşı ola bilərik. Futbolçularımızın potensialı var. Milli fasilədən səmərəli istifadə etdik. Sevindirici haldır ki, ikinci hissədə meydanda gənc oyunçuların sayı çoxaldı. Burada qazanan milli komanda olacaq. Çempionat daha da sərtləşir. Növbəti oyunlara hazırlaşacağıq”.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Gənc oyunçuların çıxışı sizi qane etdi?
- Əlbəttə, hazırda onlardan yüz faiz razı deyilik. Emil Süleymanov artıq bizim əsas oyunçumuzdur. Oruc Məmmədov da formasını bərpa edib. Həm millidə, həm də klubda yaxşı oynadı. Rüfət Abbasov daim əsas heyətdə çıxış edir. Edqar Adilxanov əməliyyat olunacaq. Təxminən 3 həftə bizimlə olmayacaq. Milli komandada zədələnib. Sənan Muradlı 2006-cı il təvəllüdlüdür. Gələcəyi hələ qarşıdadır. Nihat Mehralıyevin Premyer Liqada ilk oyunu idi. Onlara vaxt lazımdır. İnanıram ki, gələcəkdə hamısı bizə xeyir verəcək.
- Qarşıda millinin Fransa ilə oyunu var. Bu, "Şamaxı"dakı işinizə təsir etməyəcək?
- Bu suala cavab verə bilmərəm. Çünki mən U-21 millisinin baş məşqçisiyəm. Bir oyunluq əsas milliyə kömək etdim. Hazırda mənim bütün fikrim "Şamaxı" və U-21-in qarşıdakı iki oyunundadır.
- Təklif olsa, əsas millidə davam edəcəksiniz?
- Bu təklif müzakirə olunmalıdır. Fikir mübadiləsi aparılacaq çox mövzular var. Tək Fransa ilə oyuna hazırlıqdan söhbət gedə bilməz. Yəqin ki, federasiyanın vaxtı var. Yaxşı düşünəcəklər. Çünki qərar düz olmalıdır. Gələn məşqçi tək bu oyunları yox, gələn ili də düşünməlidir. Bu, böyük mövzudur. Biz federasiyasının məşqçisiyik. Ehtiyac varsa, canla-başla hazırıq. İnanırlarsa, fikir mübadiləsi aparmaq olar.
- Fernandu Santuşun qarşısına Avro-2028-ə vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Sizcə, bu realdır?
- Millimizdə potensial var. Püşkdən, sistemdən asılıdır. Futbolda hər şey olur. Bu gün bizim futbolçular "Qarabağ"la Çempionlar Liqasında iştirak edir. İnanmaq lazımdır. Bu, bir günün işi deyil. Bir sistemlə çalışsaq, nələrəsə nail olmaq olar. Deyə bilərlər ki, sizin U-21 milliniz də 0:5 uduzub. Amma oyuna baxmaq lazımdır. Futbolçular Portuqaliyaya qarşı çəkinmədən mübarizə apardılar. Məğlubiyyətlər də, böyük hesablar da olacaq. Moldova Norveçə 1:11 hesabı ilə məğlub olur. Türkiyənin İspaniya ilə matçını (0:6) gördük. Heç kim bundan sığortalanmayıb. Biz onlardan böyük komanda deyilik ki.
- Milli üçün baş məşqçi postuna əcnəbi namizədlərin adları hallanır. Bu, sizə necə təsir edir?
- Bu dəqiqə ora köklənməmişəm. İlk növbədə inam lazımdır. Bəlkə də gün yarım ərzində vaxtımız az idi. Amma köməkçilərim, futbolçular çox böyük iş gördülər. Millinin yeni baş məşqçisinin kim olacağı mənə təsir etməyəcək. Çünki mənim işim var. Əgər bir fikir olsa, geniş müzakirə olunmalıdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























