8 Sentyabr 2026, Çərşənbə axşamı
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Ölkə futbolu

İslandiya millisinin üzvü: “Azərbaycana mütləq qalib gəlməliyik”

"Seçmə mərhələyə qələbə ilə başlamağın nə qədər vacib olduğunu bildirik. Mütləq qalib gəlməliyik. Vəziyyət budur".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda sabah millimizi qəbul edəcək İslandiya yığmasının üzvü Viktor Palsson ölkəsinin mətbuatına açıqlamasında deyib.

Danimarkanın “Horsens” klubunun müdafiəçisi bildirib ki, Azərbaycan millisi 3 xal almalı olduqları rəqibdir: "Bizdə həqiqətən çox ümidverici və yaxşı bir heyət var ki, lazım olanı edib qələbə qazana bilək. Xüsusilə də evdə oynayarkən. Ümid edirəm ki, ab-hava yaxşı, stadion dolu olacaq və biz həqiqi bir performans göstərə biləcəyik. Bu, mütləq qələbə qazanmalı olduğumuz’ bir oyundur. Məncə, hər kəs bu məqsədlə oyuna çıxacaq. Biz çox yaxşı hazırlaşmışıq".

Palsson Azərbaycan millisinin müdafiədən oynayacağını, rəqibdən güclü təzyiq gözləmədiklərini qeyd edib: "Mən güman edirəm ki, top daha çox bizdə olacaq və onlar bir qədər müdafiədə oturacaqlar. Onların çox pressinq edəcəyini gözləmirik, əksinə, daha çox əks-hücumlara çıxmağa çalışacaqlar. Rəqib beş müdafiəçi ilə oynayır. Hücum qurarkən səbirlə oynamalı və qətiyyətli olmalıyıq.

Biz sadəcə, rəqibdən daha əzmkar olmalı və daha çox qaçmalıyıq. Bizdə futbol mentaliteti rəqibdən daha yaxşıdır. Bunu tam əminliklə deyirəm. Biz həm topa sahib olarkən, həm də topsuz vəziyyətdə oynanılan island tipli yanaşmanı ortaya qoymalıyıq".

Qeyd edək ki, sabah Reykyavikdə keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30