Ölkə futbolu
Qərəz, ya mərəz?! Yanlış qərarlar “xəstəliyi” davam edir
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün 3 turu geridə qalsa da, bəzən adama elə gəlir ki, hələ də ötən mövsümdəyik, heç nə dəyişməyib. Xüsusən də “Neftçi”nin nəticələrinə və “ağ-qaralar”a qarşı edilən hakim səhvlərinə baxanda.
Ötən il olduğu kimi, flaqman yenə də mövsümə uğursuz start verib. Geridə qalan 3 turda komanda qələbə qazana bilməyib. Lakin indi “Neftçi” ötənilkindən daha güclüdür və tezliklə vəziyyətin dəyişəcəyinə ümid böyükdür. Proqnoz vermək fikrindən uzağıq, lakin ehtimal edirik ki, bu gün “Neftçi”yə lağ edənlər mövsümün sonunda başqa havaya oynayacaqlar. Əslində bu cızma-qaramızın mövzusu “Neftçi”nin mövsümün sonundakı perspektivi yox, hakim səhvləridir.
Son turda “Turan Tovuz”la matçdakı mübahisəli epizodların təkrarına baxanda belə təəssürat yaranır ki, Əliyar Ağayev köməkçiləri ilə birgə meydana “Neftçi”ni uduzdurmaq üçün çıxmışdı. Bu trioya VAR və AVAR-da əyləşənlər də qoşulmuşdular. Bunları iddia etməklə “Turan Tovuz”un qələbəsinə kölgə salmaq fikrindən uzağıq. Burada məsələ Tovuz klubu yox, “Neftçi”dir. Belə görünür ki, həmin gün rəqib “Turan Tovuz” yox, “İmişli” və ya “Karvan” da olsaydı, eyni “ssenari”yə şahidlik edəcəkdik.
“Palms Sports Arena”dakı matçın ən mübahisəli məqamı “Neftçi”nin müdafiəçisi İqor Ribeyronun qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılmasıdır. Epizodun təkrarından da görünür ki, bu, ədalətsiz qərardır. Çünki hakimlər adətən bu cür epizodlarda itələmə hərəkətinə görə maksimum sarı vərəqədən istifadə edirlər. Əliyar Ağayev isə VAR-ın müdaxiləsindən sonra Ribeyronu meydandan qovdu. Halbuki həmin epizodda futbolçular arasında şiddətli münaqişə baş verməmişdi. Faiq Hacıyev rəqibi təxribata çəkdi, braziliyalı müdafiəçi də “Turan Tovuz”un futbolçusuna sərt şəkildə qarşılıq verdi. Oyundan sonra F.Hacıyev özü də jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, Ribeyro ilə aralarında heç bir ciddi problem olmayıb. Sadəcə top getdikdən sonra bir-birilərini itələyiblər. Onlarla nümunə göstərmək olar ki, daha əvvəl Azərbaycan çempionatının oyunlarında bu cür epizodlarda hakimlər daha yumşaq qərarlar qəbul ediblər.
“Neftçi” - “Turan Tovuz” matçında hələ birinci hissədə də iki mübahisəli epizod olmuşdu. Bunlardan biri “Neftçi”nin hücumçusu Bassala Sambunun rəqib müdafiəçi ilə mübarizədən sonra yerdə qalmasıdır. Epizodun təkrarını dəfələrlə izlədikdən sonra belə dəqiq fikir bildirmək çətindir. Elə epizoddur ki, hakim penalti versə də, qınanmayacaq, verməsə də. Əliyar Ağayev isə davam işarəsi verir. Sadəcə qəribə olan odur ki, Ribeyronun epizodundan fərqli olaraq Sambu yerdə qalarkən VAR nədənsə müdaxilə etmir. Bəlkə də Ə.Ağayev epizoda VAR-da baxsaydı, qərarını dəyişərdi, kim bilir.
Digər mübahisəli məqam - İmad Faraja qarşı cərimə meydançasının xətti üzərində edilən kobudluq isə birbaşa yan xətt hakimin ayağına yazılmalıdır. Epizod hakimin düz gözləri qarşısında baş versə də, nədənsə yan xətt hakimi kobudluğu qeydə almır. O cür epizoda hakim necə biganə qala bilər? Axı Farajın ayağına toxunuş olduğu açıq-aşkar görünürdü...
Bir sözlə, “Neftçi” ötən mövsüm olduğu kimi, bu il də hakimlərin yanlış qərarlarından əziyyət çəkir. Məsələ bununla da bitmir. Hakimlərin səhvi zəncirvari şəkildə davam edərək futbolçuların cəzalanmasına gətirib çıxarır. Eynən dünən İqor Ribeyronun AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılması kimi. Braziliyalı müdafiəçinin haqsız yerə qırmızı vərəqə alması azmış kimi, o, üstəlik, qarşıdakı 3 matçda da komandasına kömək etmək imkanından məhrum olur. Hakimlərin yanlış qərarlarının arxasında nəyinsə durduğunu iddia etmirik. Heç buna inanmaq da istəmirik. Ümid edirik ki, bu, sadəcə səhvdir. Lakin hakimlər də diqqətli olmalıdırlar. Səhvlərin davamlı olması söz-söhbətlərə yol açır. Belədə Premyer Liqada hakimlərin idarəçiliyinin, eləcə də İntizam Komitəsinin qərarlarının ədalətə və idman prinsiplərinin qorunmasına xidmət etməsi şübhə altına düşür. Hakimlərə inamın azalması isə birbaşa Azərbaycan Premyer Liqasının imicinə zərbədir...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























