19 Sentyabr 2026, Şənbə
“Neftçi" və "Qarabağ" qalib gəldi
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı
VI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Bəhlul Mustafazadə: “Hazırıq”

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Ferentsvaroş"a qarşı keçirəcəkləri matçdan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib:

"Oyunun mahiyyətini bilirik. Hazırlıqlarımızı buna uyğun tamamlamışıq. Bizi gərgin və çətin oyun gözləyir. Hazırıq. Komanda şəklində əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq."Qarabağ" qələbə üçün əlindən gələni edəcək. Buna qədər iki dəfə pley-offda oynayıb, mərhələ keçə bilməmişik. Sabahkı oyuna daha sakit yanaşırıq. İki toplu üstünlüyün aradan qalxa biləcəyini bilirik. Maksimum sakitik və daha ağıllı oynamağa çalışacağıq".

Qeyd edək ki, sabah Bakıda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:45-də start götürəcək. Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30