1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Neftçi"nin ÇL-dəki oyununun hakimləri müəyyənləşib

"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin dördüncü qrupunda Türkiyənin "Fomget" klubuna qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, yarımfinal görüşü İsveç və Belçikadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi isveçli Hanna Lajaanen olacaq. Ona həmyerlisi Yilan Taher və belçikalı Marqot Yakobs yarım edəcək. Belçikalı digər referi Yana Van Lare isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada baş tutacaq "Fomget" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" qalib gələcəyi təqdirdə, Finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf isə II təsnifat mərhələsinə adlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31