15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi

AFFA-da növbəti dəyişiklik baş verir.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, iki ildir İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbərlik edən Elnur Məmmədli postunu tərk edir.

AFFA rəhbərliyi iyulun 29-da müqaviləsi başa çatacaq Məmmədli ilə sözləşmənin müddətini artırmayıb. 

Xatırladaq ki, o, 2 il əvvəl iyulun 30-da AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbər təyin edilmişdi. 

Artıq Elnur Məmmədlinin əvəzləyicisi də məlumdur. Bu, bir müddət əvvəl AFFA-ya gətirilən Murad Axundovdur. O, avqustun 1-dən fəaliyyətə başlayacaq. 

Xatırladaq ki, vaxtı ilə “Keşlə”də (indiki “Şamaxı”) mətbuat katibi postunu tutan Axundov AFFA-ya baş katib Cahangir Fərəcullayevin istəyi ilə dəvət olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30