1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu

Hazırda Polşada təlim-məşq toplanışında olan “Neftçi”nin düşərgəsinə yeni legioner qoşulub.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, bu, bosniyalı qapıçı Kenan Piriçdir. 30 yaşlı qolkiper tezliklə tibbi müayinədən keçəcək. Ortaya hər hansı problem çıxmasa, “Neftçi” Periçlə rəsmi müqavilə imzalayacaq.

Xatırladaq ki, Bosniya və Herseqovinadan olan qolkiper karyerasına vətənində, “Qradina”da başlayıb. Daha sonra o, müxtəlif illərdə “Gent” (Belçika), “Sloboda Tuzla” (Bosniya və Herseqovina), “Jrinski Mostar” (Bosniya və Herseqovina), “Maribor” (Sloveniya), “Atromitos” (Yunanıstan), “Göztepe” (Türkiyə) və AEK (Kipr) klublarında çıxış edib. Son olaraq isə Periç “Alanyaspor”da forma geyib. 2024-cü ildən şərəfini qoruduğu Superliqa təmsilçisinin heyətində Periç 30 matça çıxıb.

Kenan Piriç 2008-ci ildən Bosniya və Herseqovina millisinə dəvət alır. O, yığmada 8 görüşdə forma geyib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31