3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Cica "Qarabağ"la vidalaşdı: “Bu klubun bir parçası olmaq çox xoş idi”

"Qarabağ"dan ayrılaraq Əlcəzairin “SSPA Şabab Riadi Beluizdad” klubuna keçən Redon Cica Ağdam təmsilçisi ilə vidalaşıb.

Futbolxeber.az saytının məlumatına görə, albaniyalı hücumçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

26 yaşlı futbolçu “Qarabağ”a təşəkkür edib:

“2,5 ildən sonra vidalaşmaq zamanıdır. Paltardəyişmə otağını bölüşdüyüm, dostluq münasibətləri qurduğum heyətə, futbolçulara təşəkkür edirəm. Həm oynayanda, həm də oynamayanda - mənə hər zaman dəstək olan azarkeşlərə də minnətdaram. Sizə uğurlar arzulayıram. Bu klubun bir parçası olmaq çox xoş idi. Təşəkkürlər, "Qarabağ"!

Qeyd edək ki, 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən oyunçu 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol vurub və 5 qolun ötürməsini verib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30