Ölkə futbolu
Ruslan Abışov: “Deməzdim ki, yaxşı futbolçuyam” (Müsahibə)
“Rubin” və Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov Oxu.Az-a müsahibə verib.
- Ruslan Abışov deyəndə uşaqdan böyüyə hər kəsin gözü önünə tanıdıq sima gəlir. Amma biz səni meydanda görürük, tanıyırıq. Bizə bir az oyundan kənarda olan Abışovu tanıt.
- Abışov ailəsinin kiçiyiyəm, məndən böyük iki qardaşım var. Uşaqlığım Əhmədlidə keçib. Futbola yeddi yaşımda başlamışam. Qardaşım Sərxan hər gün deyirdi ki, sabah səni futbola aparacam. Çox istəyirdi ki, mən futbolda olum və bir gün həqiqətən də əlimdən tutub məni futbola yazdırdı. Anam həmişə musiqiçi olmağımı istəyirdi, ən əsası da skiripka ifaçısı. Amma mən heç ifa eləməyə cəhd belə göstərmədim. Pianinoda ifa edə bilirəm, o da “cücələrim”i. (gülür)
- Azərbaycanda futbolun zəif inkişaf etdiyi dövrdə futbola gəldin. Niyə, məhz futbol? Halbuki, başqa idman növləri daha çox inkişaf edirdi.
- Mən futbola pul üçün gəlməmişdim. Yeddi yaşında olan uşaq pulu fikirləşəcək qədər dərin düşünmür. Mən futbolu sevirdim. Ümumiyyətlə, bizim ailə futbolu sevirdi, ona görə də futbola yazıldım və məşqlərə getməyə başladım.
- Arıq, hündür olduğuna görə futbolda uğurlusan, yoxsa boksçu olsaydın daha məşhur, daha güclü olardın?
- Boksçu kimi özümü düşünə bilmədim. Zənnimcə, futbolçu kimi daha yaxşı görünürəm.
- Görünüşündə az da olsa Ronaldoya oxşarlığın var. Bunu imicində özün yaradırsan, yoxsa elə bənzərlik var? Çox vaxt deyirlər ki, Ruslan özünü davranışlarında və jestlərində Ronaldoya oxşadır.
- Təbii ki, yox. Nəinki Ronaldoya, heç kəsə oxşatmıram. Düzdü, Ronaldonun maraqlı jestləri olur, elə onunla da yadda qalır. Mənim özüməməxsus imicim var. Düzünü desəm mənim saçımda buruqluq var deyə, həmişə qaldırıram, belə normal qalır. Kənardan da deyirlər ki, yaxşıdı, amma görürəm ki, bəzi futbolçular özlərini mənə bənzədirlər. (gülür)
- Ruslan deyəndə “Neftçi” yada düşürdü, “Neftçi” deyəndə Ruslan. Amma nədənsə “Xəzər Lənkəran” deyəndə deyəsən onu düşünmək çətindi. Səncə “Neftçi”də oynamağın uğurlu idi?
- Düzdü, “Neftçi”də olanda da həmişə elə deyirdilər. Çünki mən “Neftçi”yə gələndə “Neftçi”nin ən yaxşı vaxtları idi. 18 yaşım var idi və gələn kimi də əsas heyətə düşdüm. O vaxtı “Neftçi”yə baş məşqçi Qurban Qurbanov rəhbərlik edirdi, elə gələn kimi məni də çağırmışdı. Təbii ki, bu mənim karyeramda dönüş nöqtəsi oldu.
- Rusiya klubunda oynamaq sənə nə qazandırır? Nələr öyrənmisən? Məsələn, bizləri onlardan fərqləndirən əsas cəhətləri nədi?
- Çox şey, təbii ki. Ölkədən kənara çıxmaq lazımdır, ən əsası öyrənirsən. Mən də öyrənirəm və öyrənəcəyim çox şey var. Son vaxtlar mənə deyirdilər ki, sən artıq kənara çıxmalısan, vaxtıdı. Şükür ki, alındı və ölkədən kənara çıxdım. Fərq deyəndə isə çox şeylər deyə bilərəm. Onlar hər şeyə diqqət edirlər, qidadan tutmuş məşqlərin keçirilmə qaydasına kimi. Məsələn, onlar yeməkdə mütləq ikra yeməlidilər. Onların bu rejimləri çox xoşuma gəlir, çünki bir futbolçunun inkişaf etməsi üçün bunlar mütləqdi.
- Siz futbolçulara baxan əksəriyyət gənclər futbola gəlmək istəyir? Deyirlər futbolçular yaxşı qazanırlar.
- Hansı işə gəlirsənsə onun o saat maddi gəlirini düşünmək səhvdi. Mən futbola gələndə pulu düşünmədim, ancaq karyeramı, inkişafımı düşündüm. Amma təbii ki, bəlli bir zamandan sonra artıq pul qazanmağı düşünürsən, çünki zamanı gəlincə hər bir insan əziyyətinin bəhrəsini görmək istəyir.
- Səncə hər kəs futbola gəlib yaxşı futbolçu ola bilər?
- Yox, təbii ki. Bir işi görürsənsə o içdən, qəlbdən gəlməlidi. Bacarıq da lazımdı əlbəttə. Hamı çox peşəni sevə bilər, amma onu hər kəs bacarmaz, eləcə də futbolu.
- Yaxşı futbolçu necə olur? Bəs sən necə, özünü yaxşı futbolçu hesab edirsən?
- Mənim fikrimcə, ilk növbədə yaxşı insan olmalısan. Tərbiyəli, əxlaqlı olmaq idmanla məşğul olan insan üçün daha çox vacib olmalıdır. Çünki biz idmançılar daha çox göz önündə oluruq və gənc nəsilə örnək olmalıyıq. Mən deməzdim ki, yaxşı futbolçuyam, səmimi deyirəm. Ən əsası öyrənirəm və nə qədər ki futboldayam öyrənəcəm də.
- Azərbaycanda kimləri yaxşı oyunçu hesab edirsən?
- Mahir Şükürov, Rəşad Sadıxov, Anar Abdullayev. Millidə oynayan hər bir oyunçu, məncə yaxşı oyunçudur.
- İlk maaşın nə qədər olub?
- İlk dəfə səfərə getmişdik, komanda oyundan qayıdanda hamımız 25 “şirvan” almışdıq.
- Ruslan üçün əsas hədəf nədi? Karyera və özəl həyatınla bağlı hansı planların var?
- Avropada 5 ən yaxşı liqada olmaq istəyirəm. Təbii ki, inkişaf yenə də, inkişaf. Karyeramdan sonra özəl həyatı düşünərəm, hələ ki evlənməyi düşünmürəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























