Ölkə futbolu
"Qəbələ"nin üzvləri yeni ildə: kim, harada və necə?
Qəbələ İK qəzeti komanda üzvlərinin yeni ili harada və necə keçirəcəkləri ilə bağlı sorğu keçirib. Futbolxeber.az klubun rəsmi saytına yer alan həmin yazını təqdim edir:
Hər il dünyada yüz milyonlarla insan yeni ilin gəlişini qeyd edir, bayram sevincini biri-biri ilə bölüşür. Bəs görəsən, “Qəbələ” klubunun məşqçi heyəti və futbolçuları bu günü, harada, necə və kiminlə keçirəcəklər?
Yuri Syomin: “İl gərgin işlə yadda qaldı”
Yeni ili Moskvada keçirəcəyəm. Çoxdandır evə getmirəm Ailəmin yanında olmaq istəyirəm. Əlbəttə ki, 2013-cü ili aktivimə yazmaq olar. İl gərgin işlə yadda qaldı. Çoxlu gərgin, maraqlı oyunlarımız oldu. Futbolçularımızı, rəhbərliyi, azarkeşləri, jurnalistləri təbrik etmək istəyirəm. Mən özümə, komandama, azarkeşlərə ilk növbədə onu arzu edirəm ki, həmişə yaxşı əhval-ruhiyyədə olsunlar. Bu, futbolda, adətən, qələbə qazananda olur.
Andrey Syomin: “Yeni ili Bakıda qarşılayacağam”
Moskvaya gedib geri dönəcəyəm. Yeni ili Bakıda qarşılayacağam. Heç vaxt yeni ildə paytaxtınızda olmamışam. Bu, mənim üçün maraqlıdır. Dost-tanışlarımla bir yerdə olacağam. İl mənim üçün uğurlu keçib. Azərbaycanda, “Qəbələ”də çalışmağım karyeramda irəliyə doğru addım oldu. İstənilən yeni iş təcrübə toplamaq baxımından faydalıdır. Mən hamını yeni il münasibətilə təbrik edir, can sağlığı, ailə səadəti arzulayıram. Azarkeşlərimizə səslənirəm: futbola gəlin, biz də sizləri yaxşı oyunla, qələbələrlə sevindirməyə çalışacağıq. Növbəti il komandamızdan uğur gözləyirəm.
Yuri Baturenko: “Hamıya can sağlığı, özümüzə yaxşı nəticə...”
Yeni ili, adətən, Ukraynada qeyd etsəm də, bu dəfə Moskvada evdə, ailəmlə birgə olacağam. Azərbaycanda bayramı böyük məmnuniyyətlə keçirərdim. Ancaq mütləq ailəmlə birgə. Hamını bura gətirə bilmədiyimdən, özüm onların yanına gedəcəyəm. Yəqin ki, bu ili özüm üçün yaxşı saya bilərəm. Hər şey işimizdən asılıdır. Bu il yaxşı işlədik. İrəliyə boylanıb konkret bir şey demək istəmirəm. Sadəcə, hamıya yeni ildə can sağlığı, uğurlar, xoşbəxtlik, daha çox sevincli günlər arzulayıram. Özümüzə isə yaxşı nəticə.
Sənan Qurbanov: “Arzumu Avrokuboklara çıxmaqdır”
Mən yeni ili təntənəli keçirmirəm. Mənə görə, bu, bir ilin digəri ilə əvəzlənməsidir. Yəqin ki, ailəmlə birgə olaram. Əlbəttə, bu ili həm mənim, həm də komandamın aktivinə yazmaq olar. Mənə elə gəlir ki, iri addımlarla irəliləyirik. Hər bir şey bizim üçün yaxşı oldu. Yeni ildə əsas arzumuz avrokuboklara çıxmaqdır. 2014-cü ildə “Qəbələ” mükafatçılar sırasına çıxsa, məşqçi kimi mənim də özünəinamım artar.
David Pietrzkeviç: “İrəliyə doğru addım atdım”
Yeni ili evdə, kiçik şəhər olan Samokda keçirəcəyəm. Ana olmağa hazırlaşan həyat yoldaşımın yanında olmalıyam. Uzun müddətdir ondan ayrıyam. 2013-cü il mənim üçün düşərli oldu. Toyumu etdim, övladımın dünyaya gələcəyi xəbərini aldım. Şəxsi həyatımla yanaşı, karyeramda da irəliyə doğru addım atdım. “Simurq”dan keçdiyim “Qəbələ” fasiləyə liderlərdən biri kimi yollandı. 2014-cü ildən ilk növbədə övladımın sağlam dünyaya gəlməsini gözləyirəm. Mənim üçün fərqi yoxdur, oğlan, yaxud qız olacaq. Amma, oğlum olsa, onun da futbol oynamasını istərdim. Komandama çempionatda ən yüksək yerlərdən birini tutub, Avropaya çıxmağı arzulayıram.
Vladimir Levin: “Dubaya gedəcəyik”
Həyat yoldaşımla bir neçə günlük Dubaya gedəcəyik. Bunu xanımım istədi, orada olmayıb. Mən isə milli ilə Dubayda bir neçə dəfə olmuşam. Sözsüz ki, ora xoşuma gəlir, super şəhərdir. Dubayda qışda da istidir, yaxşı isinmək olar. Ancaq yeni ili mütləq evdə - Ukraynada keçirəcəyik. 2013 mənim üçün dəyişiklik ili oldu. 9 il oynadığım “İnter”dən “Qəbələ”yə keçdim. Keçmiş komandamla mükafatçı oldum, indiki klubumla da liderlər sırasındayıq. Fikrimcə, bu il mənə düşərli olub. Komandamızın üzvlərinə, azarkeşlərə, yaxınlarıma, ilk növbədə, can sağlığı arzulayıram. Tərəfdarlarımıza səbr diləyirəm, çünki bizi çox qızğın mübarizə gözləyir. Bir də hamıya şəxsi həyatında uğurlar arzulayıram.
Elnur Allahverdiyev: “Bu ii mənim üçün əla oldu”
Mən həmişə öz vətənimdə istirahət etməyə, bayramları burda keçirməyə üstünlük verirəm. Bu il mənim üçün əla oldu. Həm klubda, həm də millidə oyunum yaxşı alındı. İnşallah, gələn il bundan da uğurlu olar.
Ürfan Abbasov: “Xaricə getmək fikrim yoxdur”
Əlbəttə, yeni ili Bakıda ailəm, dostlarım, yaxınlarımla birgə keçirəcəyəm. Xaricə getmək fkrim yoxdur. Bu ilin sonuna yaxın aldığım zədəni saymasaq, pis olmadı. Deməzdim ki, yüksək səviyyədə çıxış etdim, normal oynadım. Gələn ildən ancaq yaxşı nəticə gözləyirəm. Özümə isə zədəsiz mövsüm, yaxşı oyun, çempionatda uğurlar arzulayıram.
Nizami Hacıyev: “Son 7 ildə yeni li xaricdə qarşılaşmışam”
Əvvəlcə Moskvaya - yaxınlarımın, ailə üzvlərimin yanına yollanacağam. Plan belədir ki, onları götürüb ya Milana, ya da Dubaya gedək. Milan arzuladığım şəhər deyil. Sadəcə, orda istirahət etmək istərdim. Son 7 ildə yeni ili xaricdə qarşılamışam. Bu, artıq ənənə kimidir. Onsuz da həyatımın çox hissəsini Vətəndə keçirirəm. İstirahətdən səmərəli istifadə etmək istərdim. 2013-cü il mənim üçün həddən artıq uğursuz keçdi. Bildiyiniz kimi, qardaşım dünyasını dəyişdi, böyük ağrılarım oldu. Bu il Nizami Hacıyev, demək olar, heç nə ilə yadda qalmadı. Özümdən istəmirəm, tələb edirəm - yüksək formanı bərpa edim, komandaya tam faydalı olum. “Qəbələ”nin bütün üzvlərinə uğurlar arzu edirəm.
Luis Paulo Hilario: "Yeni ili Braziliyada qarşılayacağıq“
Həmişə arzu edirdim ki, ailəm, həyat yoldaşım, övladım olsun. Artıq ailəm var, ilk övladımızın yolunu gözləyirik. Yeni ili Braziliyada qarşılayacağıq. Bu il mənim üçün o mənada uğurlu oldu ki, mövqeyimi dəyişdim. Artıq cinah yox, mərkəz yarımmüdafəçisi kimi çıxış edirəm və oyunum daha yaxşı alınır. İndiki mövqeyimdə özümü çox rahat hiss edirəm. İstəyirəm ki, 2014-cü ildə “Qəbələ” irəli getsin, qələbələrimiz daha çox olsun. Şəxsi həyatımda da uğurlar, sağlam övladımın dünyaya gəlməyini gözləyirəm.
Lorenzo Ebesilyo: “Bəlkə Londona getdim”
Mən fasilələrdən istifadə edib, vaxtaşırı Vətənə gedirəm. Bu dəfə isə yeni ili bəlkə Londonda dostlarımla keçirdim. Həmçinin, ailəmin də yanında olacağam. 2013-cü il mənim üçün çox yaxşı keçdi. Çox oynadım və zədəm olmadı. Sağlam olmaq və həyatda daha çox uğur qazanmaq istəyirəm.
Daniel Subotiç : “Adada dincəlmək istəyirəm”
Yeni il qeyd etmək üçün sevdiyim qızla fərqli bir ölkəyə getmək istəyirəm. Bu, adalardan biri olacaq, hələ dəqiqləşdirməmişik. Amma adada dincəlmək istəyirəm. Bu il mənim üçün yaddaqalan oldu. Yeni kluba gəldim və burada çoxlu qol vurdum. Qollarımın sayını artırmaq istəyirəm. Arzum budur ki, qollarımın sayəsində “Qəbələ”nin qələbələri çoxalsın.
Viktor Mendi: “Çoxlu günəş şüası qəbul edəcəyəm”
Yeni ildə ailəmlə Fransada, evimdə olacağam. Ola bilər ki, həyat yoldaşımla birgə Dominikana istirahətə getdim. Ora xoşuma gəlir, çoxlu günəş şüası qəbul edəcəyəm. Komandamız üçün bu il keçən ildən yaxşı oldu. Çempionluq mübarizəsində yaxşı şansımız var. Bu il nisbətən arxayınam, çünki daha yaxşı şeylərin ola biləcəyini düşünürəm. Çempionluğu qazana bilərik. Sadəcə, bunun üçün hər oyuna konsentrasiya olmalıyıq. Özümə isə çoxlu qol vurmağı arzulayıram.
Abdulvahid Afolabi: "İstəyirəm, döndüyümdə "Qəbələ”nin qəhrəmanı olum”
Yeni ili Nigeriyada, ailəmlə birgə keçirəcəyəm. Adətən belə edirəm. Bu il mənim üçün deyərdim ki, ortabab keçdi. Çempionatın yarısı arxada qalıb, ancaq mən vur-tut 1 qol vurmuşam. Bu isə mənim istədiyim nəticə deyil. Özümə hər şeyin yaxşısını arzulayıram. İstəyirəm ki, döndüyümdə “Qəbələ”nin qəhrəmanı olum.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- Aleksandr Ramalinqomun yubiley qolu
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- Abubakar “Bursaspor”a keçir?
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA referiləri I Liqa oyunlarında
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
-
22:54
"Araz-Naxçıvan" - "Zirə" matçında 5 qol VİDEO
-
22:41
Rəşad Sadıqov: “Hazırda biz məğlub olan tərəfik”
-
22:09
Demçenko: “Zirə"də baş məşqçinin işi görünür, topu hara gəldi vurmurlar"
-
21:35
U-21 millimizin Türkiyə toplanışı üçün heyəti açıqlandı
-
21:22
"Qarabağ"ın U-19 komandası çempion oldu
-
20:57
“Neftçi” və "Araz-Naxçıvan" mövsümü qələbə ilə başa vurdu
-
20:43
Orxan Məmmədov minifutbol millimizin üzvləri ilə görüşüb FOTOLENT
-
20:16
Varqas "Neftçi"yə qələbə qazandırdı VİDEO
-
19:30
Azər Bağırov: “Stadionda olmalıyam da, barda olmamışam ki”
-
18:04
“Heyətin güclənməsinə ehtiyac var”
-
17:48
Abbasov “Şamaxı”dan getdi
-
17:31
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı
-
15:19
Ninkoviç: “Qarabağ”ın ÇL-dəki nəticələrində çempionatda limitin olmamasının da rolu var”
-
14:25
"Kəpəz" - "Neftçi": Heyətlər açıqlandı
-
14:02
Ayxan Abbasov milliyə 28 futbolçu dəvət etdi
-
13:57
Cüdoçuları İspaniyada beynəlxalq təlim-məşq toplanışında olublar
-
13:00
6 boksçumuz Gürcüstanda rinqə çıxacaq
-
12:36
Özü və yolu işıqlı insanın 50 yaşına...
-
11:48
İtaliyada mövsümün ən yaxşılarının adları açıqlandı
-
11:13
Əliyar Ağayev Suriya millisinin oyununa təyinat alıb
-
10:51
“Fiorentina” - “Atalanta” matçında heç-heçə VİDEO
-
10:39
Fransa kubokunun qalibi müəyyənləşdi
-
10:25
“ÇL-də pley-off oynamağımız Avroliqada daha yaxşı çıxış edəcəyimizə təminat deyil”
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Trabzonspor” 10-cu dəfə Türkiyə kubokunun qalibi oldu VİDEO
-
23:59
Yaşar Seyidov üçün əlamətdar gün
-
23:38
“Sumqayıt” - “Qarabağ” matçında 7 qol - VİDEO
-
23:13
Saşa İliç: “Dünyanın ən pis məşqçisi olmasam da...”
-
22:45
Qurban Qurbanovdan qələbə şərhi
-
21:22
"Sabah" və "Qarabağ"dan qələbə
-
20:51
"Turan Tovuz" mövsümü məğlubiyyətlə başa vurdu VİDEO
-
19:37
Berdıyev: “Avrokuboklarda uğur qazanmağımız transferlərdən asılı olacaq”
-
19:00
DÇ-2026: İngiltərə millisinin heyəti açıqlandı
-
18:46
Sezar Aspilikueta karyerasını bitirir
-
18:19
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
17:54
AFFA-nın baş katibi Ombudsmanla görüşüb
-
17:33
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb
-
17:08
“Mançester Siti” Qvardiolanın gedişini açıqladı
-
16:45
I Liqaya vəsiqə uğrunda pley-off oyununun yeri bilindi
-
16:21
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
-
15:17
Alim Qurbanov, Zaur Ramazanov və Oqtay Abdullayev Mübariz Mənsimovun qonağı oldu FOTOLENT
-
14:32
Bakıda "SPLASH for Swimmable Cities" tədbiri keçirilib
-
14:00
Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
-
13:26
“Sumqayıt”ın könüllüləri ilə görüş keçirilib FOTOLENT
-
12:59
Azərbaycanı Avropa çempionatında 5 parakarateçi təmsil edəcək
-
12:43
Voleybol millimiz Avropa Liqasına hazırlıq üçün Belarusa yollanıb
-
12:04
Norveç millisi mundiala bu heyətlə yollanır
-
11:38
Tyaqo Silva "Portu"dan getdi
-
11:15
Belçikada çempion müəyyənləşdi
-
10:51
Ronaldo dubl etdi, "Əl-Nəsr" çempion oldu VİDEO
23.05.2026
22.05.2026























