24 May 2026, Bazar günü
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

"Rəvan"ın Antalyada məskunlaşacağı məkan müəyyənləşdi

"Rəvan”ın qış fasiləsi üçün hazırlıq planı çərçivəsində yanvarın 5-də toplaşacağını xəbər vermişdik. Futboikxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlığın ilk mərhələsində - 5-12 yanvar aralığında "Rəvan" Mərdəkandakı "Dalğa Arena”da hazırlıqlaşacaq. Yanvarın 14-dən 26-na qədər isə hazırlıqlar Türkiyənin Antalya şəhərində davam etdiriləcək. Artıq komandamızın qardaş ölkədə məskunlaşacağı məkan da müəyyənləşib. Belə ki, "Rəvan” Antalyada 5 ulduzlu "Rixos Lares Hotel”də qalacaq. Antalyanın cənub-şərqindəki, Aralıq dənizinin sahilində yerləşən Lara bölgəsindəki mehmanxananın əsas üstünlüklərindən biri bilavasitə otelin yaxınlığında bir neçə futbol meydançasının olmasıdır. Komanda orada 4 yoxlama görüşü keçirməyi planlaşdırılır. Amma hələ ki rəqiblər dəqiqləşməyib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31