11 Avqust 2026, Çərşənbə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

UFC ulduzları “Qarabağ”ın bazasında

Xəbər verdiyimiz kimi, ilk dəfə Azərbaycanda keçiriləcək UFC döyüş gecəsinin fəxri qonaqları "Qarabağ"ın bazasında olublar.

Futbolxeber.az saytının məlumatına görə, yüngül çəkidə UFC-nin məğlubedilməz sabiq çempionu, keçirdiyi bütün görüşlərdə qalib gələn, çəkisindən asılı olmayaraq ən yaxşı döyüşçü sayılan Həbib Nurməhəmmədov, bu çəkidə hazırkı çempion İslam Maxaçov, eyni kateqoriyada Bellatorun məğlubedilməz çempionu Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov Ağdam klubnu ziyarət ediblər.

Qonaqları "Qarabağ"ın Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov qarşılayıblar. Görüş zamanı UFC-nin ulduzları ilə həm MMA, həm futbol barədə fikir mübadilələri aparılıb.

Döyüşçülər klubun bazası ilə də tanış olub, fitnes zaldakı hazırlıq prosesini izləyiblər. Onlar futbolçularımızla da görüşərək biri-birilərinə uğurlar arzulayıblar. Qonaqlara "Qarabağ"ın formaları və xatirə hədiyyələri təqdim olunub, xatirə fotoları çəkilib.

Qeyd edək ki, Bakıdakı UFC döyüş gecəsi iyunun 21-də keçiriləcək. Həmin gün döyüşə çıxacaq Azərbaycan idmançısı Rafael Fiziyev də bir neçə gün əvvəl "Qarabağ"ın qonağı olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31