11 Avqust 2026, Çərşənbə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

AFFA İntizam Komitəsinin qərarı əsassız hesab edildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin "Şamaxı"nın U-15 komandasının məşqçisi Vüqar Süleymanovla bağlı qərarını əsassız və AFFA İntizam Məcəlləsinə zidd olduğuna görə ləğv edib.

Futbolxeber.az saytının məlumatına görə, AFFA U-15 Liqasında, "Şamaxı" - "Metak" matçında meydan sahiblərinin adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovun pozuntuya yol verməsinə görə ona AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının təyin edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı əsassız və AFFA İntizam Məcəlləsinə zidd hesab edilib.

Bununla belə, Vüqar Süleymanov 6 oyun diskvalifikasiya olunub, "Şamaxı" 500 manat məbləğində cərimələnib. Apellyasiya şikayətinin qalan hissəsi təmin edilməyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31