11 Avqust 2026, Çərşənbə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

“Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edir - EKSKLÜZİV

“Turan Tovuz” heyətini yeni legionerlə gücləndirir.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, Tovuz klubu tezliklə David Tavareşlə müqavilə imzalayacaq.

Tam adı David Xose Qomes Oliveira Tavareş olan yarımmüdafiəçi “Benfika”nın yetirməsidir. 26 yaşlı futbolçu 2018-ci ildə “Benfika”nın B komandasında forma geyib. 1 il sonra Lissabon təmsilçisinin əsas komandasına cəlb olunsa da, əsas heyətdə möhkəmlənə bilməyib. 2020-2021 mövsümünü icarə əsasında “Moreirense”də keçirib. Daha sonra “Famalikao”ya keçən Tavaraş 2023-2024 mövsümündə icarə əsasında “Torreense”də forma geyib. O, son mövsümdə Rumıniyada legioner həyatı yaşayıb. “Qloria Buzau”da 27 matça çıxan Tavareş 1 qol vurub.

Portuqaliyada anadan olan futbolçu bu ölkənin U-17 (3 oyun), U-18 (2 oyun) və U-19 (4 oyun) yığmalarında çıxış etsə də, 2023-cü ildən Kapo-Verde millisində forma geyir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31