13 Avqust 2026, Cümə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

“Araz-Naxçıvan” ilk transferini reallaşdırdı

“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk futbolçu transferini reallaşdırıb.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, Bar Cohen heyətə cəlb olunub. İsrailli futbolçu qarşıdakı 1 ildə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı oyunçu buna qədər ancaq İsrail klublarında çıxış edib. Müxtəlif illərdə “Makkabi Tel-Əviv”, “Beytar Tel-Əviv”, “Hapoel Hayfa” komandalarının formasını geyinən hücumameyilli yarımmüdafiəçi son iki mövsümü “Makkabi Netaniya”da keçirib. Karyerasında ilk dəfə legioner həyatı yaşıyacaq futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31