28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

“Bu tək "Bakı"nın deyil, bütün Azərbaycan futbolunun inkişafına dəstək verəcək"

"Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu klubun rəsmi saytına açıqlamada danışıb. Futbolxeber.az-ın məlumatına görə, Y.Kepoğlu açıqlamasında geridə qalmaqda olan ilin yekunları barədə fikirlərini bölüşüb: “Bakı” futbol klubunun İspaniyanın "Atletiko" Madrid və Fransanın "lans" klubları ilə imzaladığı əməkdaşlıq müqavilələri gənc azərbaycanlı futbolçular üçün böyük perspektivlər açır. Hazırda 5 futbolçumuz "Atletiko"da uzunmüddətli təlim keçir.

Bununla bərabər 4 komandamız son aylar ərzində "Lans" və "Atletiko"nun düşərgəsində təıim-məşq toplantıları keçirib. Yeni ildə bu fəaliyyət davam edəcək və biz mümkün qədər çox komandamızın ölkə xaricində təlim keçməsini arzulayırıq.

Bu tək bizim klubun futbolçularına aid deyil. "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov ölkəmizdəki ən perspektivli yeniyetmə oyunçuların siyahısını hazırlamaq tapşırığı verib. Klubumuzun prezidenti onların öz hesabına Fransa və İspaniyaya göndərilməsini təmin edəcək. Bu tək "Bakı" klubunun deyil, bütün Azərbaycan futbolunun inkişafına dəstək verəcək".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28