3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

“Qarabağ” Azərbaycan Kubokunda mütləq rekordun sahibidir

İndiyədək 8 dəfə Azərbaycan Kubokunun qalibi olan “Qarabağ” turnirin mütləq rekordunun sahibidir.

Futbolxeber.az saytının məlumatına görə. bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti statistika açıqlayıb.

Azərbaycan Kubokunun 2024/2025 mövsümünün finalında meydana çıxacaq iki komandadan yalnız biri əvvəllər mükafata sahib olub.

Qurban Qurbanovun yetirmələri həm də kubokun son qalibidir. “Qarabağ” ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq, özünün sahib olduğu rekordu yeniləmək əzmindədir.

Tarixində ilk dəfə final həyəcanı yaşayacaq “Sabah” isə birinci titulunu əldə etməyə köklənib. Bakı klubu qalib gəlsə, kubokun sahibi olacaq 10-cu komanda kimi tarixə düşəcək.

Qeyd edək ki, 1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: “Qarabağ” - 8, “Neftçi” - 6, “Kəpəz” - 4, “Xəzər Lənkəran”, “Bakı” - 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” - 2, “İnşaatçı” B, “Şəfa” - 1.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30