Ölkə futbolu
Zaur Axundov: “Mənim üçün üçüncü yer çempionluğa bərabərdir”
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun Futbolxeber.az saytına müsahibəsi
- Mövsümün əvvəlində “Araz-Naxçıvan”la bağlı iddialı açıqlamalar səsləndirmişdiniz. Lakin həmin vaxt komandanın uğur qazanacağına inananlar çox deyildi. Yekun nəticə hamımıza məlumdur. İndi komandaya inanmayanlara nə demək istərdiniz?
- Komandanın çıxışına qiyməti gərək siz verəsiniz. Təbii ki, bu nəticə bizi sevindirir. Naxçıvan futbolu tarixində ilk dəfə komanda avrokuboklara vəsiqə qazandı. Mən bu sevinci Naxçıvan futbol ictimaiyyəti ilə birgə qeyd etdim. “Şamaxı” ilə görüş zamanı Naxçıvanda idim. Mərkəzi parka xeyli insan yığışmışdı. Görüşü azarkeşlərlə birgə böyük ekranda izlədik. Bəli, mən mövsümün əvvəlində komandanın uğur qazanacağına inandığımı söyləmişdim. Təbii ki, futbolun bilinməyən tərəfləri də var. Komanda oynadı, xarakter göstərdi. Demək olar ki, mövsüm boyu üçüncü pillədən aşağı enmədik. Hətta bir-iki həftə lider də oldu, uzun müddət ikinci yerdə qərarlaşdı. Qışdan sonra bir qədər eniş yaşandı. Bu da həm komandanın orta yaş həddinin bir qədər yüksək olmasından irəli gəlirdi. Digər tərəfdən də iki aya yaxın 4-5 əsas futbolçumuz zədəli, cəzalı oldu. Ehtiyat oyunçular skamyamız elə də geniş deyildi. Bütün bunlara baxmayaraq, sonda istəyimizə çatdıq. Mən yekunda nəticəyə baxıram. Çox sevinirəm. Təbrik edənlər də oldu, etməyənlər də. Buna da normal baxıram. Elə məşqçilər, komanda rəhbərləri olub ki, mən onları həmişə təbrik etmişəm. Amma dediyim kimi, bəziləri məni futzal da təbrik etsələr də, futbolda etmədilər.
- Kimlər təbrik etmədi?
- Ad çəkməyə ehtiyac yoxdur. Müsahibəni oxusalar, özləri biləcəklər (gülür). Mən incimirəm. Kim avrokuboklara düşübsə, hər birinə uğurlar arzu edirəm. Düşməyənlərə də gələn mövsümdə uğurlar arzulayıram.
- Qeyd etdiniz ki, komanda üçüncü yeri rəsmiləşdirərkən Naxçıvanda idiniz. Naxçıvan ictimaiyyətinin bu uğura reaksiyası necə oldu?
- Çox gözəl. Hamı komandanın nəticəsinə sevinirdi. Bir problem o oldu ki, üstümə gəldilər ki, niyə komanda doğma meydanda oynamır. Hər dəfə bu barədə danışırıq. Naxçıvanda olanda məlumat verildi ki, artıq dövlət planında stadion məsələsi var. Tezliklə layihələndirmə işləri başlayır. Müəyyən prosedurlardan sonra sentyabrdan təmir işləri başlamalıdır. Bir yenilik də odur ki, örtük süni yox, təbii olacaq. Belədə tələblər də dəyişir.
- Buna qədər futzalda və “Keşlə”də uğur qazanmışdınız. Rəhbər şəxs kimi “Araz-Naxçıvan”ın uğur qazanması sizin üçün də əhəmiyyət kəsb edirdi?
- Mən özüm özümə qiymət vermirəm. Futbol ictimaiyyəti, jurnalistlər işimizə qiymət versin. Mən tənqidi də normal qəbul edirəm. 36 oyun ərzində hər zaman çalışmışam komandanın yanında olum, dəstəyimi əsirgəməyim. Paltardəyişmə otağında əsəbi anlarım da olub. Futbolçular da bilir ki, bütün bunlar uğur üçündür. Hər xırda məsələdə komandaya dəstək olmağa çalışmışam. Kiçik büdcə ilə sübut etdik ki, hər şey pulla ölçülmür. İlk növbədə nizam-intizam olmalı, eləcə də futbolçular da canlarını qoymalıdırlar.
- Bir ara komanda uzun müddət qələbə qazana bilmədi. Heç üçüncü yerin, avrokuboklara vəsiqənin əldən gedəcəyini düşündüyünüz anlar oldu?
- Bəli, belə anlar oldu. Müəyyən futbolçularda arxayınçılıq gördüm. Əksər oyunları stadiondan izləsəm də, növbəti gün matçın videoyazısına da baxıram. Çünki stadiondan izləyərkən müəyyən məqamlar gözdən qaça da bilər. Hansısa arxayınçılıq görərkən baş məşqçimizin də, mənim də futbolçularla çox ciddi söhbətlərimiz olurdu. Bütün bunlar ümumi işin xeyrinə idi. Görürdük ki, gələn oyunda artıq eyni hallar təkrarlanmır. Bir ara dördüncü pillədən 14 xal qabaq idik. Lakin futbolçulara deyirdik ki, arxayınçılıq olmaz. Çünki 14 xal fərq elə də böyük deyil və 4-5 tura aradan qaldırıla bilər. Yekunda qaldırıldı da. Komandanın böyük büdcəsi yox, məşq üçün meydançası, adicə avtobusu belə yoxdur. Bunları gileylənmək üçün demirəm. Məşqçilər korpusu komandanı elə kökləyirdi ki, meydança tapmasaq, asfaltda da məşq edərdilər. Fakt göz qabağındadır. Mənim üçün üçüncü yer çempionluğa bərabərdir.
- Həqiqətən də “Araz-Naxçıvan” büdcəsi daha yuxarı olan komandaları qabaqlayaraq üçüncü oldu. Bu məqam qazanılan bürünc medalın dəyərini sizin üçün artırır?
- Açığı, digər klubların büdcələrinə baxmıram. Amma illərdir futboldayıq və aşağı-yuxarı rəqəmlərdən xəbərimiz var. Futboldur, hansısa komandada alınmaya bilər. Həqiqətən də qabaqladığımız klublar arasında büdcəsi bizdən hətta üç qat yuxarı olan da var. Bununla belə, hər kəsə uğurlar arzulayıram. Hamımızın məqsədi Azərbaycan futboluna xidmət etməkdir. Sağ olsun AFFA rəhbərliyi, “Liv Bona Dea Arena”nı ixtiyarımıza verib. Buna görə AFFA prezidenti Rövşən Nəcəfə çox sağ ol deyirəm. “Neftçi” rəhbərliyinə də təşəkkür edirəm. Bəzən onların da bazasında məşqlərimiz keçib. Amma bunlar daimi deyildi. Bəzən komanda elə meydançalarda məşq edirdi ki, orada nəinki məşq, hətta yürüş etmək belə risklidir.
- Komanda üçüncü yeri təmin etdikdən sonra elə Naxçıvanda açıqlamanızda qeyd etmişdiniz ki, komandanın heyətinin yarısı dəyişəcək. Belə çıxır ki, üçüncü yer sizi tam olaraq qane etmir?
- Bəzi oyunçulardan narazılıqlar əslində daha əvvəldən var idi. Məşqçilər korpusu ilə bu barədə mütəmadi söhbətlərimiz olurdu. Yanvara qədər qələbə, 14-15 tur məğlubiyyətsizlik seriyası oldu. Sonradan isə bir qədər uğursuzluqla üzləşdik.
- Elmar Baxşıyevlə müqavilənin uzadılması onun işindən tam razı olduğunuzun göstəricisidir?
- Bəli, Elmar Baxşıyevdən tam razıyıq. Gördüyü iş göz qabağındadır. Komanda üçüncü oldu və Baxşıyev qarşıya qoyulan hədəfə çatdı.
- UEFA Konfrans Liqasında komandadan nə gözləmək olar?
- Təbii ki, püşkdən də çox şey asılıdır. Elə komanda bizə rəqib ola bilər ki, uşaq komandasının büdcəsi bizim büdcədən çox olsun. Ümumilikdə 5-6 yeni transfer gözlənilir.
- Komandanın büdcəsi artırıla bilər?
- Dostlarımızla, qardaşlarımızla bu barədə danışırıq. Bəli, komandanın sponsora ehtiyac var. Dostlar sağ olsunlar, söz veriblər. Biz Konfrans Liqasına iştirak xatirinə qatılmaq istəmirik.
- Amma yəqin ki, Elmar Baxşıyevdən qrup mərhələsinə düşməyi istəməyəcəksiniz...
- Niyə də yox?! Elmar Baxşıyev bacarıqlı məşqçidir. Klubun təcrübəsi olmasa da, can qoymaq lazımdır. Oyunçuları kökləmədən çox şey asılıdır. Söhbət tək “Araz-Naxçıvan”dan yox, elə “Zirə”dən də, “Qarabağ”dan da gedir. Motivasiyadan çox şey asılıdır. Biz bu mövsüm məhz motivasiyanın hesabına nəticə qazandıq. Futbolçuların 75-80 faizi meydanda canını qoysa, uğur qazanmaq mümkündür. AFFA İcraiyyə Komitəsinin üzvü olarkən millinin futbolçularına da bu sözü deyirdim. Meydanda can qoymaq lazımdır. Azərbaycanın adı üçün oynamaq lazımdır. Klublar meydana çıxarkən bayraq qalxmır, himn səslənmir.
- Millidən söz düşmüşkən, “Araz-Naxçıvan” üçüncü olsa da, yığmaya komandadan heç bir futbolçunun dəvət almaması sizin üçün də gözlənilməz oldu?
- Santuş yəqin bilmir Naxçıvan haradadır (gülür). Yaxud da turnir cədvəlində ikinci pillədən sonra dördüncü yerə baxır. Təbii ki, o, təcrübəli mütəxəssisdir, işini yaxşı bilir. Birinci Liqadan da milliyə oyunçu dəvət edir. Bu, müsbət məqamdır. Demək aşağı liqa ilə də maraqlanır. Amma mövsüm boyu ilk üçlükdə olan komandadan heç kimin yığmaya dəvət almaması bir qədər gözlənilməz oldu. Onsuz da qarşıdakı matçlar yoxlama xarakterlidir. Məsələn, sol cinahda Slavik Alxasovu, məncə, sınamaq olardı. Bəlkə də gələcəkdə kimlərisə çağıracaq. İstənilən halda hər birimizin işi milliyə dəstək olmaqdır.
- Legionerlərdən artıq üçü ilə yeni müqavilə imzalanıb. Heyətin özəyini qorumaq mümkün olacaq?
- Ceyhun Sultanovu dəvət etmişik ki, bizə transfer məsələlərində kömək etsin. Daha əvvəl “Keşlə”də birgə işləmişik. Münasibətimiz var. Azərbaycanın tanınmış futbolçularından olub.
- Mətbuatda Ceyhun Sultanovun klubda idman direktoru, yaxud menecer postunu tutacağı barədə yayılan xəbərlər nə dərəcədə doğrudur?
- Xeyr, Ceyhunun komandada heç bir rəsmi vəzifəsi yoxdur. Sadəcə dəvət etmişik ki, bir müddət komandaya, məşqçilər korpusuna kömək olsun. Təbii ki, bu işlərlə həm də Elmar Baxşıyev, Rasim Ramaldanov, Vadar Nuriyev də məşğul olur.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- “Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib
- İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar
- "Araz-Naxçıvan" təxirə salınmış matçda qalib gəlib
- “Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
- Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- "Qarabağ"ın müdafiəçisinə Braziliyadan təklif
- Yankoviç: “Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm”
-
16:14
Yuri Vernidub: “Nəyə görə “Qarabağ”ın əhvalını korlamayaq?”
-
15:57
"Karvan-Yevlax" - "Kəpəz" oyununda qalib aşkarlanmadı
-
15:43
Vernidub “Neftçi”nin “Lokomotiv”lə əməkdaşlığından danışdı: “Bunun mənə nə aidiyyəti var?”
-
15:25
“Neftçi” mövsümün ikinci hissəsi üçün yeni legioner sifariş edir
-
13:06
Rəşad Sadıqov: "Türkiyədə məşqçi işləmək istəyirəm"
-
12:38
"Neftçi"də bir transfer, iki ayrılıq
-
11:52
“Atalanta” qələbəni əldən verdi VİDEO
-
11:19
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:41
"Ayntraxt" "Qarabağ"la oyundan öncə xal itirdi VİDEO
-
10:27
Avstriyada qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib
-
10:00
Qurban Qurbanov: “Futbolçular yorğun olsalar da, bunu bacardılar”
-
01:34
“Ayntraxt” Bakıya heç-heçə ilə gəlir
-
23:39
"Zirə" çexlərə belə uduzdu VİDEO
-
23:14
"Qəbələ"nin sabiq müdafiəçisi "Kayrat"da
-
23:01
"Neftçi"dən 3 qollu qələbə VİDEO
-
22:28
Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:47
Saşa İliç: “Mənim üçün hazırlıq oyunlarında nəticə önəm daşımır”
-
20:55
“Qarabağ”dan Antalyada maksimum göstərici: 3 oyun 3 qələbə
-
20:32
"Sumqayıt" "Osiyek"lə bacarmadı
-
20:16
"Zirə"dən ardıcıl iki məğlubiyyət
-
19:00
"Neftçi" Çin klubuna qalib gəldi
-
17:49
UEFA Konfrans Liqasında pley-offun püşkü atıldı
-
17:24
Azərbaycan Basketbol Liqasında XIII tura start verilib
-
16:53
Azərbaycan birinciliyi və çempionatında iki kateqoriya üzrə yarışlar yekunlaşıb
-
16:31
Azərbaycanlı idmançı Çində təlim-məşq toplanışı keçəcək
-
16:05
Bölgə klubu ABŞ-dən olan legionerlə vidalaşıb
-
15:48
“Səbail” U-21 millimizə uduzdu
-
15:17
“Mingəçevir”: 7 futbolçu getdi, 5-i gəldi
-
14:22
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
-
13:59
19 yaşlı müdafiəçi “Yuventus”un hədəfində
-
13:30
“Atletiko” hücumçusunu 22 milyon avroya satdı
-
12:16
Millimizin futbolçusu klubundan ayrılıb
-
11:41
Millimizin heyətində dəyişiklik
-
11:25
Dünyaca məşhur jurnal Elxan Səmədovdan yazdı - “Satınalmadan futbol liderliyinə”
-
11:08
"Barselona" 1/4 finala belə yüksəldi VİDEO
-
10:54
Dünya reytinqi: “Qarabağ” gerilədi, “Neftçi” irəlilədi
-
10:39
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
21:43
Emil Mustafayev “Sumqayıt”da
-
21:26
“Neftçi”nin keçmiş müdafiəçisi Qırğızıstan klubunda
-
18:00
Şahmat üzrə Azərbaycan çempionatının I dəstəsində qaliblər müəyyənləşib
-
17:37
Yeniyetmə cüdoçular üçün seminar təşkil olunub
-
17:19
"Qarabağ" - "Ayntraxt" oyununun biletləri satışa çıxır
-
17:01
“Neftçi”nin Çin klubu ilə oyununun başlama vaxtı açıqlandı
-
16:42
Bakıda cüdo qaydalarındakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib
-
15:55
Amil Yunanovun yeni klubu müəyyənləşdi
-
15:38
UEFA nümayəndələri hakimlərimizə seminar keçdi
-
15:23
Cüdo millisinin üzvləri üçün şahmat dərsi
-
15:00
"Neftçi"nin legioneri komandanın düşərgəsinə qoşulub
17.01.2026
16.01.2026
15.01.2026























