11 Mart 2026, Çərşənbə
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Ölkə futbolu

Səbuhi Abdullazadə: “8-ci olmuşuqsa, hamı günahkardır”

“Mövsüm daha yaxşı ola bilərdi. 8-ci yer heç də ürəkaçan nəticə deyil”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə deyib.

O bildirib ki, komandanın uğursuzluğunda hər kəsin günahı var: “Uğursuz olmağımızın səbəbləri var. İndi bu barədə çox danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, başda biz futbolçular olmaqla hamı günahkardır”.

Abdullazadə hazırda gələcək karyerası barədə düşünmədiyini vurğulayıb: “Bu dəqiqə fikrimi yalnız milliyə yönəltmişəm. Qarşıdan yoxlama oyunları gəlir. Fikrim yalnız həmin matçlardadır. Gələcək karyeramla bağlı hər şey ola bilər”.

“Sumqayıt”ın üzvü qeyd edib ki, milli komandaya dəvətin özü motivasiyadır: “Milliyə dəvət almaq xoş hissdir. İnşallah, daimi olar. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda yaxşı nəticələr qazanaq. Əlavə motivasiyaya ehtiyac yoxdur. Çünki milliyə dəvət almaq özü elə ən böyük motivasiyadır”.

TAĞI

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31