11 Mart 2026, Çərşənbə
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Millimizin qələbəsi fantastik idi”

“Çox gözəl atmosfer var idi. Bu onu göstərir ki, bizdə futbola maraq var. Sadəcə azarkeşləri bir qədər aktivləşdirmək lazımdır. Öz oyunlarımızla, öz işlərimizlə onları stadionlara cəlb etməliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov minifutbol üzrə dünya çempionatında millimizin Rumıniya üzərində qələbəsini şərh edərkən deyib.

O, yığmamızın oyunundan həzz aldığını bildirib: “Millimizin qələbəsi fantastik idi. Əsl finala layiq matç oldu. Son dünya çempionlarını məğlub etdik. Bu qələbədən həzz aldım”.

Qurbanov millimizin dünya çempionu olmaq şansını belə dəyərləndirib: “Hamımız bunu arzu edirik. Amma bu idmandır və istənilən nəticə qeydə alına bilər. Artıq ikinci matçdır canlı izləyirəm. Həyəcan hiss olunur. İlk dəfədir Bakıda bu cür turnir keçirilir. Orxan Məmmədova təşəkkür edirəm. Təşkilatçılıq, maraq çox böyükdür”.

Kubokun finalına hazırlığın normal keçdiyini bildirən Q.Qurbanov qarşıdakı yoxlama oyunlarında milli komandamıza uğurlar arzulayıb.

Təcrübəli mütəxəssis “stadionlarda niyə bu qədər azarkeş görmürük?” sualını belə cavablandırıb: “Bizim oyunlarımızda var (gülür). Çempionatda bir qədər zəifdir. İnşallah, o da olar. 4-5 min azarkeşi bura yığmaq olursa, stadiona da cəlb etmək mümkündür”. 

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31