26 Aprel 2026, Bazar günü
Saşa İliç qələbəni şərh etdi
XXXI turun oyun cədvəli açıqlandı
“Səbail” darmadağınla ikinci pillədə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

II Liqadanın futbolçularına 4 və 5 oyunluq cəzalar

AFFA Azərbaycanın II Liqasında çıxış edən "Araz-Saatlı"nın futbolçusunu 4, "Hypers Guba"nın üzvünü isə 5 oyunluq cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mayın 21-də baş tutan XXVI turun “Araz Saatlı” - “Hypers Guba” oyununun 68-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Onun klubu isə 300 manat cərimələnib.

"Hypers Guba"nın futbolçusu Ağabəkir Həşimli isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurduğuna görə bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyunluq diskvalifikasiya edilib. Quba təmsilçisi həmçinin 300 manat ziyana düşüb.

Bununla yanaşı, stadionun əmlakına dəymiş zərərin “Hypers Guba” tərəfindən tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30