12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Aleksandr Səmədov: "Azərbaycan mənim vətənim deyil"

Rusiya millisinin şərəfini qoruyan Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda baş tutan oyunu xatırlayıb. Futbolxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Fabio Kapellonun nəticədən narazı qaldığını gizlətməyib: “Fabio Kapellonu neçə dəfə qəzəbli görməyim və bunun təfərrüatı soyunub-geyinmə otağında qalmalıdır. Lakin Azərbaycan yığması ilə qarşılaşmadan sonra çalışdırıcı öz narazılığını aşkar şəkildə büruzə verdi. Bu narazılıq isə bir neçə oyun ərzində yığılmışdı. Həmin matçlarda ki, işimizi yaxşı yerinə yetirməmiş, son dəqiqələrdə qol buraxmışdıq. Ardıcıl 2 dəfə - Lüksemburq və İsraillə matçlarda belə olmuşdu. Bütün bunlar Bakıda təkrarlananda isə Kapello deməyə çox söz tapdı”.

Səmədov azərbaycanlı olmasını da danıb: “Azərbaycan mənim yox, atamın vətənidir”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30