26 Yanvar 2026, Bazar ertəsi
Millimiz Danimarkaya qalib gəldi
"Qarabağ" "Kəpəz"ə məğlub oldu
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”

Ölkə futbolu

AFFA-dan "Sumqayıt"ın iki futbolçusuna sərt cəza

AFFA Azərbaycan Premyer Liqasının XXXIV turunda keçirilən "Kəpəz" - "Sumqayıt" oyunu ilə bağlı cəzaları açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun bu gün keçirilən İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Sözügedən görüşün 89-cu dəqiqəsində “Sumqayıt”dan Rəşad Əzizli və Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün ikisi şərti olmaqla 4 oyunluq cəzalandırılıblar. Bununla yanaşı, həm Sumqayıt təmsilçisi 3000 manat cərimələnib. Hər iki oyunçuya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, “Kəpəz” 6 futbolçusunun sarı vərəqə almasına görə 700 manat, azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 1000 manat ziyana düşüb. Oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə Gəncə klubu əlavə 1500 manat da ödəməli olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31