12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

AFFA iki futbolçunu 4, bir məşqçini isə 5 oyunluq cəzalandırıb

AFFA iki futbolçunu 4, bir məşqçini 5 oyunluq cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Azərbaycanın II Liqasının XXIV turunda baş tutan “Kür-Araz” - “Hypers Guba” oyununun 67-ci dəqiqəsində qonaq komandanın futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, klubu 300 manat cərimələnib.

Digər cəzalar isə AFFA U-15 Qızlar Liqasının 1/4 final mərhələsində keçirilmiş “Şəfa” - “Ümid” matçında yaşananlara görə verilib. Görüşün 36-cı dəqiqəsində “Şəfa”nın futbolçusu Ebru Əmirovaya rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyunluq cəza verilib.

"Ümid"in məşqçisi Hürzad İsmayilov isə 5 oyunluq diskvalifikasiya edilib. Buna onun 36-cı dəqiqədə rəqib komandanın oyunçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılması səbəb olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30