Ölkə futbolu
“Neftçi”, sabaha saxlama!
Sabah “Neftçi” mövsümün geridə qalan hissəsində ən vacib oyununa çıxacaq. Düzdür, kubokun yarımfinalı iki matçdan ibarətdir. Amma istənilən halda sabahkı qarşılaşma flaqman üçün həyati əhəmiyyət kəsb edir. Finala vəsiqəni Masazırda rəsmiləşdirmək üçün “ağ-qaralar” ilk oyunda mütləq sərfəli nəticə qazanmalıdırlar. Hər nə qədər Azər Salahlı “riyazi cəhətdən avrokuboklara çempionatdan da yollanmaq şansımız var” desə də, reallıq budur ki, ümid kubokadır. Ona görə də indi yalnız və yalnız sabahkı matçı düşünmək lazımdır.
“Son iki mövsümdə komanda uğursuz çıxış edir”, “Samir Abasov aqressivdir”, “Legionerlərin çoxu “Neftçi”nin səviyyəsinə uyğun deyil”, “İdarəetmə zəifdir” və s. və i.a. İndi bütün bunları kənara qoymaq, bir olmaq və uğursuz mövsümü xilas etmə zamanıdır. Heç “Əşşi, onsuz da finalda “Qarabağ”a uduzacaq” da deməyin. Birincisi, ilk növbədə finala çıxmaq lazımdır, ikincisi, hələ finaldakı rəqibin “Qarabağ” olacağı dəqiq deyil. Elmar Baxşıyev daha əvvəl kubokda uğur qazanmaq bacarığını ortaya qoyub. Üçüncüsü də, final barədə finalda düşünərsiniz. Bu günlə yaşamaq lazımdır. “Neftçi” indi bir olmalıdır. Rəhbərlikli, məşqçili, futbolçulu, azarkeşli.
Onu da unutmayın ki, “Neftçi” tək rəqibə qarşı mübarizə aparmayacaq. “Kəpəz”lə cavab oyununda Bassala Sambuya göstərilən qırmızı vərəqə, sonradan AFFA İntizam Komitəsinin verdiyi iki oyunluq cəza, həmçinin cəzanın qüvvədə qalması göstərdi ki, flaqman finala çıxmaq üçün tək rəqibi üstələməli deyil. Kubokun həlledici matçına gedən yolda AFFA-nı da, hakimləri də məğlub etmək lazımdır.
“Neftçi” bunu bacarmalıdır. Çünki “Neftçi” flaqmandır! Çünki 88 ilin “Neftçi”sidir, rəqibdən fərqli olaraq dünəni də var, sabahı da. Odur ki, “Neftçi”, bu günün işini sabaha saxlama! Avropaya gedən yol kubokun finalından keçir...
Dünən xəbər yayıldı ki, kubok oyunu üçün biletlərə endirim edilib. Hər şey stadiona daha çox azarkeşin gəlməsinə hesablanıb. Çünki sabah “Neftçi”nin sözün həqiqi mənasında “12-ci oyunçu”ya ehtiyacı var. “Qarabağ”la son ev oyununda olduğu kimi, “Neftçi Arena”da yenə də izdiham yaşanmalıdır. Bu şəhər “Neftçi”lilərindirsə, əməldə də bunu sabah “Sabah”a göstərin. “Neftçi” azarkeşi, unutma, sabah komandanın sənin dəstəyinə ehtiyacı var.
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























