6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Neftçi”dən alqışlanası addım: “Futbol sevgisi əngəl tanımır”

“Neftçi” PFK-nın əsas komandası və “Neftçi” amputant komandası üzvlərinin iştirakı ilə yoldaşlıq görüşü təşkil olunub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu qarşılaşmada əsas komanda üzvlərindən Emil Balayev, ⁠Rəhman Hacıyev, ⁠Rafael Quzzo, ⁠Murad Məmmədov, ⁠Alfa Konte, Rüstəm Samiqullin, ⁠Höccət Haqverdi, Yeqor Boqomolski, ⁠Ağadadaş Salyanski və ⁠Dembo Darbo meydana çıxıblar.

“Neftçi” Futbol Mərkəzində baş tutan oyun “Futbol sevgisi əngəl tanımır!” şüarı altında keçirilib və 3:3 hesabı ilə nəticələnib.

Matçdan sonra kapitan Emil Balayev amputant komandasının kapitanına xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, “Neftçi” amputant komandası 2023-cü ildə “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibində yaradılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31