12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Səbail”in futbolçusu 4 oyunluq cəzalandı

AFFA İntizam Komitəsi "Səbail" klubunu 3000 manat cərimələyib.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisinin futbolçusu Suleyman Alluşun "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi buna səbəb olub.

Oyunçuya dörd oyunluq cəza verilib.

"Kəpəz"ə 700 manat cərimə tətbiq edilib. Komandanın dörd oyunçusu "Sumqayıt"a 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

"Turan Tovuz" isə 1000 manat cərimə ödəməli olacaq. Bölgə klubunun futbolçusu Emmanuel Hakman "Neftçi" ilə qarşılaşmada (1:1) rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə almışdı. Ona bir oyun cəza verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30