Ölkə futbolu
“Qızılgül müharibəsi”
Dünən Mərdəkanda, “Araz-Naxçıvan” - “Qarabağ” oyununda ara qarışanda bir anlıq yadıma tarixdəki qızılgül müharibələri düşdü. Yox, meydandakılar ingilis taxtı uğrunda mübarizə aparmırdılar. Sadəcə daim əlamətdar günlərə biganə qalmayan Peşəkar Futbol Liqası matçı izləmək üçün “Dalğa Arena”ya gələn xanımları təbrik etməyi özünə borc bilmişdi. Oyundan öncə futbolçuların meydana əllərində qızılgül olan azyaşlı qızlarla çıxması da gözəl görüntü idi.
Təəssüf ki, “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia böyüklər kimi, dünən arenada olan azyaşlıların da futbol zövqünü korladı. Əlcəzairli yarımmüdafiəçinin idmançıya yaraşmayan hərəkətini görən hansı azyaşlı bundan sonra futbolu sevər?..
Kamal Umudlu özünü itirdi, ya cəsarətsizlik nümayiş etdirdi – adını nə qoyursunuz qoyun, dünən referinin məlum davadakı yekun qərarının sadəcə bir adı var – BİABIRÇILIQ!
Belə çıxdı ki, o boyda həngamənin bir günahkarı var, o da Felipe Santosdur. Halbuki braziliyalını özündən çıxaran Elvin Cəfərquliyevin ikiəllə onun boğazından yapışması idi. Cəfərquliyev matçdan sonra bu barədə sualıma “sakitləşdirirdim” deyə cavab versə də, kor-kor, gör-gör. Belə adam sakitləşdirmirlər, Elvin...
Qalmaqalın səbəbkarı birmənalı yuxarıda adını çəkdiyimiz Yassin Benziadır. Hər şey məhz əlcəzairlinin idmançıya yaraşmayan hərəkətindən sonra başladı. “Qarabağ”ın 7 nömrəsi Felipe Santosdan topu aldıqdan sonra elə reaksiya verdi ki, sanki qarşısındakı Əlcəzairi işğal etmiş Fransa ordusunun komandiridir... Bu, futbol deyil, iyrənclikdir! “Qarabağ”ın avrokuboklarda aldığı qırmızı vərəqlərin günahının bir qismi də azərbaycanlı hakimlərdədir. Elvinin, Benzianin hərəkətləri ölkədaxili oyunlarda cəzasız qalır. Avropalı hakimlər isə buna göz yummurlar. Yekunda da azərbaycanlı hakimlərin cəsarətsizliyinin cəzasını Avropada həm “Qarabağ” çəkir, həm də Azərbaycan futbolu. Bir az ürəkli olun, hörmətli hakimlər! Qorxmayın, nə “Qarabağ”ın adından, nə “Sabah”ın rəhbərliyindən, qorxmayın, bir qədər ədalətli olun...
Dünənki insidentin ən fəal üzvü isə təəssüf ki, Musa Qurbanlı oldu. Ona görə təəssüf ki, Musa hər zaman səbri, təmkini ilə seçilib. Üstəlik, o, Qurban Qurbanovun oğludur və heç vaxt bunu unutmamalıdır. Qurbanov hər zaman səbr, təmkin nümunəsi olub. Amma dünən Musanı meydanda 6 nəfər sakitləşdirə bilmirdi. Hətta deyilənə görə, final fitindən dərhal sonra tunelə qaçan Musa Qurbanlı “Qarabağ”ın deyil, “Araz-Naxçıvan”ın paltardəyişmə otağına yollanıb. Felipe Santosu axtarırmış...
Oyundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfrasında səsləndirdiyi fikirlər də meydandakı mübarizə qədər maraqlı idi. Ötən həftə Samir Abasov, indi də Elmar Baxşıyev... Əslində, hamı həqiqəti çox gözəl bilir – azarkeş də, futbolçu da, məşqçi də, lap elə “Araz-Naxçıvan”ı niyə sıxırlar sualını verən jurnalist də. Kim desə də, deməsə də, həqiqət budur - “Araz-Naxçıvan”ın bu gün olduğu yer kimlərinsə planlarını pozur. Samir Abasov necə hücumçusuna göstərilən qırmızı vərəqənin haqsız olduğunu deyirdisə, Elmar Baxşıyev da haqlı olaraq ötən tur İqor Ribeyro və Vanderson Melonun cəzalı duruma düşməsini anlaya bilmir. Sadəcə “Araz-Naxçıvan” necə deyərlər, abrına qısılır. “Sabah” kimi gülünc bir penalti iddiası olan epizodu tirajlamır. Yaxud Elmar Baxşıyev özünün dediyi kimi - donquldanmır, zırıldamır, həqiqətəri deyir ki, bu da çoxlarına sərf etmir.
İstənilən halda həyatda da, futbolda da ədalət var. Haqq gec-tez öz yerini tutacaq. “Araz-Naxçıvan” bu gün göstərdiyi futbolla, mübarizəsi ilə, əzmi ilə avrokuboklara layiqdir. İnanırıq ki, avrokuboklara vəsiqənin taleyi yaşıl meydanda həll olunacaq, kabinetlərdə yox...
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
03.11.2026
02.11.2026
01.11.2026
























