1 Iyul 2025, Çərşənbə axşamı
"Qarabağ" "Zirə"yə qalib gəldi
“Neftçi” “Kappa” ilə anlaşdı
Millimiz darmadağın oldu
"Neftçi"dən daha bir transfer

Ölkə futbolu

Cəfərquliyev hakimin ona güzəştə getdiyini düşünmür: “Santosun boğazından tutdum, sadəcə...”

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 26-cı turunda “Araz-Naxçıvan”ı məğlub etdiniz. 3:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Oyun gərgin keçdi. Maraqlı qarşılaşma alındı. Bilirdik ki, “Araz-Naxçıvan” güclü rəqibdir. Elə hesabı açmaları da göstərdi ki, işimiz çətin olacaq. Amma təslim olmadıq, sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq.

- Fasilədə Qurban Qurbanov sizə hansı tapşırıqları verdi? Çünki ikinci 45 dəqiqədə daha üstün futbol sərgilədiniz...

- Mən oyuna ikinci hissədə qoşuldum. Ona görə də fasilədə baş məşqçinin nə dediyini bilmirəm. Ümumilikdə bəli, iki fərqli hissə izlədik. İkinci 45 dəqiqədə öz oyunumuzu sərgilədik və qalib gəldik.

- Meydandakı gərginlik nədən qaynaqlandı, nə baş verdi həmin anda?

- Dəqiq bilmirəm. Mən bir qədər kənarda idim. Sonradan ora yaxınlaşdım ki, futbolçuları aralaşdırım. Felipe Santos isə üzümə zərbə endirdi və yıxıldım yerə.

- Düşünmürsünüz ki, həmin epizodda hakim sizə qarşı güzəştə getdi?

- Mənə güzəştə getdi?

- Bəli. Hər halda Santosun boğazından ikiəlli tutmuşdunuz...

- Santosun boğazından tutdum, sadəcə məqsədim aralaşdırmaq idi. Başqa niyyətim yox idi.

- Yəni iddia edirsiniz ki, siz tərəfindən heç bir kobudluq yox idi?

- Xeyr. Dediyim kimi, məqsədim sadəcə futbolçuları aralaşdırmaq idi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31