Ölkə futbolu
“Zirə”dən “Birbaşa”ya cavab: “Belə çıxır ki, bu da azərbaycanlı məşqçilərə qarşı haqsızlıqdır?”
Minifutbol üzrə “Zirə” klubunun baş məşqçisi Elşad Quliyevin Futbolxeber.az saytına müsahibəsi
- Yarımfinalın cavab görüşündə də “Aznur”u məğlub edərək finala yüksəldiniz. Qələbəni necə şərh edərdiniz?
- Yaxşı oynadıq. İlk matçdan sonra üstünlüyümüz var idi. Lakin bilirsiniz ki, minifutbolda 1, ya 2 top böyük üstünlük hesab olunmur. Ona görə bilirdik ki, çətin matç keçəcək. Bəzi epizodları çıxmaq şərti ilə yaxşı oyun alındı. Həm də indiki məqamda nəticə daha önəmlidir. Çünki elə bir vəziyyət idi ki, hər hansı səhvi düzəltmək üçün imkan olmayacaqdı, geridönüş yox idi.
- Demək olar ki, bununla da “Zirə” “Aznur”dan ötənilki məğlubiyyətin (ötən il “Aznur” 1/4 finalda “Zirə”ni mübarizədən kənarlaşdırmışdı - İ.C.) əvəzini çıxdı?
- Futbolda heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Oyun alınmaya bilər, hər an nəticə dəyişə bilər. Dünyanın ən yaxşı komandaları belə bəzən zəif rəqibə uduzurlar. Həm də digər tərəfdən “Aznur” güclü komandadır. Elə bu il Çempionlar Liqasındakı çıxışları ilə bunu sübuta yetirdilər. Çempionatın ən yaxşı komandalarından biridirlər. Bizdə boşluq, arxayınlaşma ola bilməz. Komanda bütün gücünü meydanda qoymalı idi və qoydu da.
- Finalda “Birbaşa Bakı” ilə qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?
- “Birbaşa Bakı” hazırda Avropanın ən güclü komandasıdır. Çempionlar Liqasının qalibi oldular. Son illər Azərbaycan çempionu olurlar. Bir az üstün tərəf kimi rəqibi görürəm. Amma biz də sona qədər mübarizə aparacağıq və inanıram ki, finalda qalib gələcəyik.
- Maraqlıdır ki, rəqib baş məşqçi də finalda şansları 51-in 49-a “Zirə”nin xeyrinə dəyərləndirir...
- Mən isə 51-in 49-a “Birbaşa Bakı”nı şansları görürəm. Onlar son çempiondurlar. Həm də cari mövsümün ilk hissəsində də bizə 3:2 hesabı ilə qalib gəliblər. “Birbaşa Bakı” həqiqətən də güclü komandadır. Bir neçə ildir demək olar ki, eyni heyətlə mübarizə aparırlar. Millinin ən yaxşı 6 futbolçusu, hansılar ki, əlimizdən çıxıblar, məhz “Birbaşa Bakı”da cəmləşiblər.
- “Zirə”nin potensialı “Birbaşa Bakı”nın hegemonluğuna son qoymağa imkan verir?
- İnanıram ki, bizdə bu potensial var. Gənc komandayıq və bu heyətlə çempion ola bilərik. 3 həftəyə yaxın vaxtımız var. Rəqibi analiz edəcəyik, finala ciddi hazırlaşacağıq. Final bir oyundan ibarətdir. Bunu az da olsa “Birbaşa Bakı”nın əleyhinə saymaq olar. Çünki onlar bir qədər təzyiq altında olacaqlar. Son illərin çempionu və Çempionlar Liqasının qalibi kimi növbəti titulu qazanmağa çalışacaqlar. Ad, çempionluq əldən gedə bilər. Buna görə “Birbaşa Bakı” daha çox çəkinməlidir. Fikrimiz çempion olmaqdır. Alınmasa, bu, dünyanın sonu deyil. Lakin yenə deyirəm ki, çempionluğumuz mümkündür. Bu potensialımız var.
- “Birbaşa Bakı”nın baş məşqçisi Dan Mitu sizin son oyunlar üçün heyətə Qazaxıstan millisinin 3 üzvünü cəlb etməyinizi də yaxşı qarşılamadığını dedi. Rumın mütəxəssis bildirdi ki, bu, mövsüm boyu əziyyət çəkən oyunçulara qarşı bir qədər haqsızlıqdır. Eləcə də dünya çempionatı öncəsi Qazaxıstan yığmasını üzvlərinin burada oynaması Azərbaycan millisinin də ziyanına işləyə bilər...
- Tamamilə əks fikirdəyəm. Əsas məsələlərdən biri odur ki, biz inkişaf etmək üçün daha yaxşı futbolçuları cəlb etməliyik ki, bizim çempionatda iştirak etsinlər. Uşaqlar da görsünlər ki, Qazaxıstan millisinin üzvləri bizim oyunçulardan yuxarı səviyyədə deyillər. Ona qalsa, UEFA Çempionlar Liqasına yollanarkən “Birbaşa Bakı” heyətinə fransız futbolçu götürmüşdü və onu heyətində oynadaraq qalib oldu. Onda bu da hansısa oyunçuya qarşı haqsızlıqdır? Mən kiməsə qarşı haqsızlıq etdiyimizi düşünmürəm. Ən əsası da “Birbaşa Bakı”nın baş məşqçisi özü əcnəbidir. Belə çıxır ki, bu da azərbaycanlı məşqçilərə qarşı haqsızlıqdır? Düzgün aspektdən yanaşılmır. Klublar nə qədər güclü olsalar, bu, milli komandanın səviyyəsinin qalxması deməkdir.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
31.10.2026
30.10.2026
























