12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Tovuz stadionunda kameralar quraşdırıldı, azarkeşlərə xəbərdarlıq olundu

Tovuz şəhər stadionunda təhlükəsizliyin təmin olunması üçün kameralar quraşdırılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, stadionun tələb olunan standartlara cavab verməsi üçün klub tərəfindən əməli fəaliyyətə başlanılıb: "Təmir-bərpa və yenidənqurma işləri ilə yanaşı, infrastruktur meyarının tələblərinə uyğun olaraq stadionumuzda 10 ədəd həssas kamera quraşdırılıb".

Azarkeşlərə xəbərdarlıq edilib ki, təhlükəsizliyin təmin olunması, neqativ halların qarşısını almaq məqsədi ilə quraşdırılan kameralar vasitəsi ilə hər hansı neqativ hərəkətə yol verən şəxsin kimliyi qısa müddətdə aşkar olunur.

"Qeyd edək ki, neqativ hallar klubun, azarkeşlərin imicinə zərər vurmaqla yanaşı böyük maliyyə cərimələrinə gətirib çıxarır. Odur ki, tribunada yerinizi alın, nümunəvi davranışınız və möhtəşəm dəstəyinizlə həmişə olduğu kimi komandamızın 12-ci oyunçusu siz olun!" - deyə açıqlamada bildirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30