7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

AFFA 5 klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarındakı və Azərbaycan Premyer Liqasının 22-ci turunun matçlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Azərbaycan kubokunda 1/4 finalın “Kəpəz” - “Neftçi” oyunu bitdikdən sonra qonaq klubun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt təmsilçisi 1500 manat cərimə edilib.

Azərbaycan kubokunda 1/4 finalın “Araz-Naxçıvan” - “Zirə” oyununda  qonaq komandada 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

Eyni mərhələnin “Səbail” - “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” 800 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasında 22-ci turun “Araz-Naxçıvan” - “Kəpəz” oyununda “Kəpəz”in heyətində 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31