7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

“Palms Sports” “Neftçi”ni seçməsinin səbəbini açıqladı

"Palms Sports"un baş icraçı direktoru Fouad Darviş Azərbaycanda niyə məhz “Neftçi”ni seçmələri barədə danışıb.

Futbolxeber.az saytının bununla bağlı sualına cavabında o, məhz “Neftçi”ni seçmələrinin səbəbini belə izah edib: “Niyə “Neftçi”ni seçməyək? Biz dünyada idman sahəsində ixtisaslaşmış şirkətlərdən biriyik. Təsəvvürünüz olsun deyə qısaca söyləyim ki, 2010-cu ildə 13 işçi ilə işə başladıq, son 5 ildə isə 800 yarış keçirən bir təşkilatıq. Azərbaycan və Birləşmiş Ərəb Əmrlikləri arasında münasibətlər çox yaxşı inkişaf edir, sıxdır. Ona görə biz də bu qərarı verdik. Əslində, koronavirusdan öncə İspaniya, İngiltərə, İtaliya kimi ölkələrdə klubların satın alınması barədə düşünürdük. Bu yaxınlarda “Əl-Əhli”ni satın aldıq. 4-5 həftə əvvəl Bakıda olmuşduq. Çox qısa zamanda razılıq əldə etdik. Proseslər çox sürətli getdi. Çünki hər iki tərəfin istəkləri eynidir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31