16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Ölkə futbolu

“Qarabağ”dan “transfer bombası”: Kadi qayıtdı, Romao getdi

“Qarabağ” bu qış ilk transferi həyata keçirib.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi “Ferensvaroş”da (Macarıstan) oynayan sabiq futbolçusu Kadi Borgesi heyətinə qatıb. Braziliyalı futbolçu artıq Bakıdadır. Onunla 4 illik müqavilə imzalanacağı gözlənilir.

“Qarabağ” Kadinin əvəzində “Ferensvaroş”a futbolçusu Julio Romanonu göndərib. Yəni yeni transfer Kadi ilə Romao dəyişdirilib. Artıq "Qarabağ"ın düşərgəsini tərk edən Romao hazırda Macarıstandadır.

Xatırladaq ki, Kadi 2023-cü ilin yanvar ayında “Qarabağ”dan Rusiyanın “Krasnodar”a, 2024-cü ilin yayında isə “Krasnodar”dan “Ferensvaroş”a transfer olunub.

O, bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30