Ölkə futbolu
Qurban Qurbanov: “Bu komanda xırda səhvi də bağışlamır”
"Avroliqada 2025-ci ildə ilk oyunumuzdur. Tam hazır olmaq bizim üçün çox vacibdir. Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Yaxşı komandaya qarşı oynadığımızı bilirik. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərt oyunu ilə seçilib. Sabah vacib mübarizəyə hazır olmalıyıq. Hazırıq da. Vacib qələbə əldə etmək istəyirik".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri sabah UEFA Avropa Liqasının VII turu çərçivəsində Bakıda Rumıniyanın FCSB klubuna qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis bildirib ki, heyətdəki itkilərə baxmayaraq, hər hansı taktiki dəyişiklik etməyəcək: “Çünki bütün futbolçularla eyni tərzdə məşq edib, düşündüklərimizi meydanda tətbiq etməyə çalışırıq. Hansısa xırda dəyişiklik ola bilər, hücumun qurulmasında, ya başlanmasında. Amma illərdir hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı matçda səhvlər etməməliyik. Bu komanda xırda səhvi də bağışlamır. Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq. Həmişə oyunumuzu daha da yaxşılaşdırmağa çalışmışıq”.
Q.Qurbanov rəqib klubun prezidentinin "Qarabağ"ı məğlub edəcəkləri barədə fikrinə normal yanaşır: “Bu, idmandır. Hər bir rəqibin rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə verir. Biz də onları məğlub etmək istəyirik. Deyəcək fikrim yoxdur. Normal yanaşıram”.
O, bütün rəqiblərə ciddi yanaşdığını vurğulayıb: “Sadəcə hazırlıq zamanı dəyişiklik olur. Amma FCSB-nin nəticəsini də normal sayıram. Göstərdiyi oyuna, məsuliyyətinə görə haqlı nəticələri var. Bu komandanın ən üstün cəhəti odur ki, müdafiədə, hücumun gedişatında hamı çox sadə və çox kollektiv şəkildə oyun intizamını qoruyub-saxlaya bilir”.
Baş məşqçi "Qarabağ"ın sahibi Abdulbari Gözəlin bir neçə gün əvvəl vəfat etməsinə də toxunub: “Ağır itkidir. Həm klub, həm də Azərbaycan futbolu üçün belədir. Onun "Qarabağ", mənim, həmçinin Azərbaycan futbolu üzərində böyük haqqı var. Atdığı addımı düşünərək edən biri idi. "Qarabağ" klubunun uğuru üçün ürəkdən və sevərək addımlar atıb. Onun kimi insanın bizi tərk etməsi hər birimiz üçün böyük itkidir. Klubda üzgünlük var. Çalışırıq ki, futbolçularımızı oyuna tam hazırlayaq. Nə qədər etsək də, hələ biz bunu yadımızdan tezliklə çıxara bilməyəcəyik. Allah rəhmət etsin”.
“Avropa Liqasında 24-lüyə düşmək üçün bu matçda qələbə qazanmalısız. Bu məqam komandada psixoloji təsir edir?” sualını Qurbanov belə cavablandırıb: “Qələbə üçün hazırlaşmışıq. Sadəcə rəqibi də nəzərə almaq lazımdır. Asan komanda deyil”.
O, matçın hakiminin qəddarlığı ilə seçildiyi ilə bağlı Rumıniya mətbuatında narazılıqlar olması fikrinə də toxunub: “Bu haqda düşünməməyimiz daha yaxşı olar. Oyunqabağı futbolçularımızı psixoloji olaraq buna yönləndirmək düzgün deyil. Amma hər oyundan qabaq futbolçuları hansı hakimin hansı məqama önəm verdiyi barədə məlumatlandırırıq”.
Mütəxəssis Dorinel Muntyanu, Adrian Mutu, Laurentsio Regekampfla müqayisədə digər rumın məşqçi - Mirça Rednikin komandasına qarşı oynamağın maraqlı olduğunu vurğulayıb: “Hər birinə qarşı oynamaq mənim üçün xoş olub və hər biri böyük addır. Futbolda böyük imzaları var. Amma hansının daha güclü olduğunu deməyim düzgün çıxmaz. Mirça Rednikə qarşı oyunlarımız daha maraqlı olub. Amma hər bir halda, hər birinin futbolda böyük imzası var. Onlara uğurlar arzulayıram”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
30.10.2026
29.10.2026
























