Ölkə futbolu
Kurban Berdıyevdən sərt şillə
Son günlər Azərbaycan futbolunun gələcəyini düşünənlər həyəcan təbili çalırlar. Legioner limitinin ləğvi onsuz da bərbad gündə olan futbolumuzu uçuruma aparacaq. Gəl ki, kimlərsə şəxsi maraqları naminə ölkə futbolunu qurban verməyə çalışırlar. “Sabah” “Qarabağ”ı üstələyib çempion olsun deyə limit ləğv olunmalıdır” düşüncəsi ilə hərəkət edənləri bu gün başqa heç nə maraqlandırmır. Onların vecinə də deyil ki, bu gün maksimum potensial 30-40 üzvü olan Azərbaycan milli komandasında sabah oynamağa futbolçu tapılmayacaq. Bir futbolçu klubunda gününü ehtiyat oyunçular skamyasında keçirəcəksə, sabah milliyə hansı faydanı verə bilər? Neçə gündür bu barədə deyirik, yazırıq. Bəzi mütəxəssislər də, veteran, eləcə də hazırkı futbolçular da limitin ləğvinə haqlı olaraq qarşı çıxırlar, etiraz edirlər.

Dünən bu sıraya “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev də qoşuldu. Təcrübəli mütəxəssisin limitin ləğvi ilə bağlı açıqlamarını bu qərarın tərəfdarlarına sərt şillə də adlandırmaq olar: “Tutaq ki, ancaq 11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır? Onda bizim uşaqlar, indi oynayan azərbaycanlı futbolçular harada çıxış edəcəklər? Bu məsələni müzakirə edərkən ilk növbədə Azərbaycan milli komandasının strateji xəttini, ölkənin nüfuzunu əsas götürmək lazımdır. Yenə də təkrarlayıram, belə məsələni qaldıran insanlar bu barədə düşünürlərmi?”
Xeyr, Kurban bəy, düşünürmürlər. Onları yalnız şəxsi maraqları düşündürür. Yetər ki, “Sabah” çempion olsun, vəssəlam. Azərbaycan milli komandası D yox, lap Z Liqasına yuvarlansın, veclərinə də deyil.
Berdiyevdən başqa bir sitat: “Uşaq və yeniyetmə milli komandalarının strateji inkişafı nəzərə alınmırsa, onda ölkə futbolunun nüfuzu olmayacaq. Məncə, biz anlamalıyıq ki, bu qərar sadəcə olaraq uşaq və yeniyetmə futbolunu öldürəcək”.
Öldürsün də, Kurban bəy, guya İcraiyyə Komitəsinin bəzi üzvlərinin bu, vecinədir? Əlbəttə ki, yox. Onları yalnız şəxsi mənafeləri maraqlandırır. Nə yolla olur-olsun, “Sabah” çempion olmalıdır, vəssəlam.
![]()
Bir də onu əlavə edək ki, kim deyir ki, limit ləğv olunsa, azərbaycanlı futbolçular gedib xaricdə oynayacaqlar, inkişaf edəcəklər və s. – bunlar yalnız absurd qərara don geyindirməkdir. Bu gün məsələn, Amin Seydiyev hara gedəcək? Maksimum Türkiyənin birinci liqasına. Hansı ki, orda bu gün millinin əsas üzvü sayılan Ramil Şeydayev özünü göstərə bilmədi. Yığmamızın digər qol ümidi Renat Dadaşov mövsüm başlayandan “Ankaragücü”nün heyətində 12 matça çıxıb ki, onlardan da cəmi 5-də 90 dəqiqə meydanda olub.
Odur ki, özümüzü yalandan aldatmayaq. İndi 2002-ci il deyil. Limitin ləğvi ilə heç kim heç yana gedən deyil. 3-5 nəfər legioner həyatı yaşayacaq, ya yaşamayacaq, vəssəlam. Digərlərinin yeri olacaq I, II Liqa...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
30.10.2026
29.10.2026
























