Ölkə futbolu
Vaqif Cavadov: “Çempionatda fasilə olmasa, daha yaxşıdır”
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadovun Futbolxeber.az saytına müsahibəsi
- Artıq bir neçə gündür məşqlərə başlamısınız. Komandada vəziyyət necədir?
- Hər şey qaydasındadır. Futboçular yaxşı istirahət ediblər. Legionerlərdən bəziləri uzun yol qət edib ailələrinin yanına yollanıblar. Eləcə də yerli futbolçularımızın istirahəti yaxşı keçib. Artıq bir neçə gündür məşqlərə start vermişik. Hazırda hamının fikri meydançadadır, futboldadır. Yaxşı məşq edirik. Çalışacağıq ki, bu 14 gün ərzində maksimum dərəcədə hazırlaşdıraq və ilk oyuna yaxşı vəziyyətə çıxaq. Təbii ki, müəyyən pauzadan sonra komandaya vaxt lazım olur. İlk tura heç cür 100 faiz hazır olmaq mümkün deyil. Əlimizdən gələni edəcəyik ki, maksimum üç tura 100 faiz hazır olaq.
- İstirahətdən ən gec qayıdan iki klubdan birisiniz. Mövsümün startına 12 gün qalmış toplaşmaq gec deyil?
- Düzdür, bəzi klublar hazırlığa 1-2 gün tez başladılar. Amma həmin günlərdə əsasən yerli futbolçular hazırlıqda iştirak edib. Biz də azərbaycanlıları yığıb məşqlərə başlaya bilərdik. Lakin buna ehtiyac duymaqdır. Hesab edirəm ki, tam heyətlə başlamaq daha yaxşıdır.
- Bu mövsüm fasilə müddəti əvvəlki illərə baxanda azdır. Bu məqam işinizə nə dərəcə təsir göstərəcək?
- Fasilə müddəti get-gedə azalır. Tək bizdə yox, digər ölkələrdə də elədir. Məsələn, Türkiyədə demək olar heç istirahət olmadı. Oyun sayı buna təsir göstərir. Gələcəkdə ümumiyyətlə istirahət olmayacaq. Necə ki, bu gün Avropada əksər ölkələrdə bir həftə, maksimum on gün olur. Biz də buna doğru getməliyik.
- Yəni belə başa düşdük ki, az fasilə, çox oyun tərəfdarısınız.
- Əlbəttə. Futbolun gözəlliyi bundadır. Fasilə olanda komanda tonusdan düşür. Ona görə də ümumiyyətlə çempionatda fasilə olmasa, daha yaxşıdır.
- “Sumqayıt”la 2,5 illik müqavilə imzaladınız. Bununla bağlı fikirlərinizi öyrənmək istəyirdik.
- Sağ olsun klub rəhbərliyi, mənə etimad göstərdi. Müqavilənin müddətinin 2,5 il olması da bunu göstərir. Mən də onların etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.
- Cordan Rezabalanın komandadan ayrıldığı, “Neftçi”yə keçəcəyi barədə deyilənlər nə dərəcədə həqiqətəuyğundur?
- Bir çox futbolçumuzun adı digər klublarla yanaşı hallanır. Hələ çempionatda fasilə yaranmamışdan öncə bu cür söz-söhbətlər gedir. Özünüz də gördünüz ki, Rəhim Sadıxov və Cordan Rezabaladan başqa, digər futbolçularımızın hamısı məşqdədir. Çox yaxşı çalışırlar. Rezabalanın durumu ilə bağlı dəyişiklik yoxdur. Hər an bizim düşərgəmizə qoşula bilər.
- Özünüz də qeyd etdiniz ki, bir neçə futbolçunuzun adı digər klublarla yanaşı hallanır. Hansısa oyunçuya görə rəsmi təklif almısınız?
- Futbolçularımızın digər klubların maraq dairəsində olması sevindirici haldır. Demək, işimizi düzgün qurmuşuq ki, bizim komandanın futbolçularını istəyirlər. Lakin rəsmi təklif yoxdur deyə onların hamısı komandadır və 90 faiz də komandada qalacaqlar.
- Rəhim Sadıxov və Fernande Medeyros artıq komandadan ayrılıb. Başqa gedənlər olacaq?
- Xeyr. Dediyim kimi, digər futbolçularla bağlı hər hansı təklif almamışıq.
- Bəs yeni transferlərlə bağlı nə yeniliklər var? Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Təbii ki, komandamıza yeni gələnlər olacaq. Bu istiqamətdə iş gedir. Yaxın zamanda yeni futbolçular komandaya qoşulacaqlar. Əsasən hücum xəttini gücləndirmək istəyirik.
- Mövsümün ikinci yarısından gözləntiləriniz nələrdir?
- Gərgin mübarizə gedəcək. Turnir cədvəlinin həm üst pillələrində, həm orta cəbhədə, həm də sonda qərarlaşan komandalar arasında. Mövsümün ikinci hissəsi daha maraqlı olacaq. İndi çox şey fasilədən asılıdır. Kim necə hazırlaşacaqsa, o cür də nəticələr qazanacaq. “Sumqayıt” olaraq hər şeyi edəcəyik ki, mövsümün sonunda beynimizdə sual işarəsi qalmasın.
- Ümumiyyətlə, qarşınıza hansı məqsəd qoyulub? Avrokuboklar iddiası var, yoxsa əsas hədəfə bu mövsüm Premyer Liqada qalıb, gələn ilə iddialı komanda qurmaqdır?
- Qarşıma heç bir hədəf qoyulmayıb. Bilirsiniz ki, komandanı necə götürmüşük. Hər oyuna maksimum nəticə - 3 xal üçün çıxırıq. Hər matçda da qalib gəlmək istəyirik. İndi turnir cədvəlinə baxmırıq. Turnir cədvəlinə yalnız mövsümün sonunda baxacağıq.
- Bəs siz özünüz məşqçi kimi qarşınıza avrokuboklar hədəfi qoymusunuz?
- Avrokuboklarda oynamaq hər məşqçinin arzusudur. Bu, öz yerində. Sadəcə reallıqlar var. Məsələn, bu gün Azərbaycanda 10 klubun 10-u da avrokuboklar üçün oynayır. Lakin bu, doğru deyil. Ola bilməz ki, hamının hədəfi Avropa olsun. Kimisi futbolçu yetişdirməlidir, kimisi avrokuboklara iddialı olmalıdır və s. Yenə deyirəm, hər məşqçi avrokuboklarda oynamaq istəyir. Lakin indiki məqamda biz yalnız hər növbəti matçı düşünürük. Məqsəd hər görüşdə 3 xaldır. Kim bilir mövsümün sonunda necə olacaq. Bir də gördün hər şey yaxşı oldu, komanda avrokuboklara vəsiqə qazandı. İnşallah elə də olar.
- Artıq bir müddətdir Premyer Liqada baş məşqçilik edirdiniz. Futbolçu Vaqif Cavadovla məşqçi Vaqif Cavadov arasında hansı fərqlər var?
- Çox fərq var. Futbolçu dönəmində ancaq gələcəyini, öz oyununu yaxşılaşdırmağı düşünürsən. İndi isə sən 45-50 nəfəri düşünməli, onların arxasında olmalısan. Təkcə özünlə, yaxud 3-5 nəfərlə kifayətlənə bilmərsən. Böyük bir ailənin üzvüsən və bütün məsuliyyət sənin boynundadır. Elə etmək lazımdır ki, heç kim narazı qalmasın.
- Son günlər Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv olunacağı barədə söhbətlər səngimir. Bu barədə fikriniz maraqlıdır. Limit ləğv olunarsa, bunun Azərbaycan futboluna hansı xeyri, hansı ziyanı olacaq?
- Şərtlərə baxır. Fərqli çempionatlarda fərqli qaydalar tətbiq olunur. Məsələn, hər legionerə görə fərqli rüsum ödəniləcək, yaxud hamısına eyni. Yəni bu tip suallar çoxdur. İstənilən halda legioner gətiririksə, səviyyəlilərini gətirməliyik. Gələn əcnəbilər yerli futbolçulardan çox da üst səviyyədə deyillərsə, bu, futbolumuza çox böyük bir zərər gətirəcək. İstənilən halda qərar qəbul olunsa, ona riayət etməliyik.
- Limit ləğv olunsa, “Sumqayıt” hansı istiqaməti tutacaq?
- Ümumi olaraq onu deyə bilərəm ki, hər şey klubların hədəfindən asılı olacaq. Bu gün məqsəd futbolçu yetişdirməkdirsə, xeyli sayda əcnəbiyə ehtiyac yoxdur. Yox, sən çempionluq, avrokuboklar uğrunda mübarizə aparırsa, təbii ki, yüksək səviyyəli legionerlər gətirməlisən. “Sumqayıt” olaraq biz həm yerli futbolçularımıza güvənirik, həm əcnəbilərə, həm də akademiyaya önəm veririk. Yaxşı, bacarıqlı gənclərimiz var. Onlara diqqət yetirməli, peşəkar səviyyədə şərait qurmalıyıq. Bəzən Premyer Liqada klub sayının artırılması da müzakirə olunur. Mən də say artımının tərəfdarıyam. Lakin bu gün “Qəbələ”dən başqa heç bir I Liqa klubu normal infrastruktura malik deyil.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:24
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:30
Azərbaycan millisi dünya çempionatında son oyununa çıxır
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
30.10.2026
29.10.2026
28.10.2026
























