20 Yanvar 2026, Çərşənbə axşamı
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu

Ölkə futbolu

Emrah Çelikel: “Sevilya” ilə danışıqlar davam edir”

"Sevilya" ilə danışıqlar davam edir, futbolçunun xoşbəxt olduğu yerdə oynamasını təmin etmək istəyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş direktoru Emrah Çelikel Olavio Juninyonun İspaniya təmsilçisinə mümkün keçidi ilə bağlı danışarkən deyib.

Funksioner danışıqların hələlik yekunlaşmadığını söyləyib: "Hazırda nəticə əldə olunmayıb. İşlər yekunlaşmadıqca, bu barədə geniş açıqlama verməyin düzgün olmadığını hesab edirəm. Proses davam edir. Tərəflərin maraqlarına uyğun nələrsə dəyişə, iki klubdan biri imtina edə bilər. Amma danışıqlar davam edir, oyunçu da bu keçiddə maraqlıdır. Biz də onun xoşbəxt olduğu yerdə oynamasını təmin etmək istəyirik".

İspaniyanın "Ficherio" nəşri Juninyonun "Sevilya"ya transferinin tamamlanmaq üzrə olduğunu və razılaşma üçün bəzi detalların qaldığını vurğulayıb.

Qeyd edək ki, "Sevilya" bir müddət əvvəl Ağdam təmsilçisinin forvardı üçün rəsmi təklif göndərib. Tərəflər arasında ilkin danışıqlar uğursuz alınmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31