9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

“Karvan”ı çempionatdan kənarlaşdırıldı

AFFA 10 kluba texniki məğlubiyyət verib, “Karvan”ı çempionatdan kənarlaşdırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar verilib.
 
AFFA U-10 Liqasında keçirilməli olan “Karvan” - “Laçın” oyunu Yevlax təmsilçisinin təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Karvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə komanda çempionatdan kənarlaşdırılıb.
 
AFFA U-13 Liqasında keçirilməli olan “Şağan” - “Sumqayıt City” oyunu meydan sahibləri təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Şağan” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
 
AFFA U-13 Liqasında daha iki komanda eyni cəzaya məruz qalıb. Belə ki, “Paralimpiya İdman Kompleksi” - “Ələt” oyunu meydan sahiblərinin, “Polad” - İOEUGİM matçı isə qonaqların təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Nəticədə hər iki komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
 
AFFA U-13 qızlar Liqasında isə 5 komandaya texniki məğlubiyyət verilib. Belə ki, “Ulduz” - “Xan Lənkəran” matçı qonaqların, “Çinar” - “Mil-Muğan” görüşü meydan sahiblərinin təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən hər iki komanda cəzalandırılıb. Üç komanda - “Dinci”, “Ulduz” və “Zaqatala City” isə Əsasnaməyə uyğun yaş limitini pozduğuna görə texniki məğlubiyyətlə cəzalandırılıb.
 
Daha bir texniki məğlubiyyət AFFA U-17 Liqasında iştirak edən “Araz-Naxçıvan” komandasına verilib. Buna “Qəbələ” ilə matçda protokolda adı yazılmayan futbolçunun meydana çıxması səbəb olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31